ABŞ-da 1995- ci ildə 15 yaşındakı bir gənci öldürdüyü üçün edama məhkum edilən müsəlman məhkumun edam qərarı qüvvədən düşüb.
Moderator.az xəbər verir ki, 42 yaşlı məhkum edam zamanı həbsxana keşişinin dua etməsinə qarşı çıxaraq yanında bir mollanın olmasını tələb edib. Məhkumun bu istəyi edam zamanı həmin yerə sadəcə həbsxana işçilərinin girə biləcəyi səbəbi ilə qəbul edilməyib.
Məhkəmənin qərarında edam otağına xristian məhkumların ehtiyacları üçün keşiş saxlayan Alabama əyalətinin müsəlman və digər dinlərə mənsub şəxslərə bu imtiyazın verilməsini qəbul etməyərək konstitusiya müddəalarına zidd hərəkət etdiyi bildirilib.
Amerikan-İslam əlaqələri şurasının Alabama şöbəsi (CAIR) isə məhkumun tələbini haqlı hesab etdiyini açıqlayaraq məhkəmənin qərarından məmnun qaldığını dilə gətirib.