Ədalət Verdiyevin MƏHKƏMƏSİ – Bir ittiham üzərindən götürüldü

Ədalət Verdiyevin MƏHKƏMƏSİ – Bir ittiham üzərindən götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Baş Prokurorluq tərəfindən saxlanılan, barəsində həbs qərarı çıxarılmış, tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.

Tribunainfo.az xəbər verir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, hərbi ekspertə qarşı irəli sürülmüş 308-ci maddə (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.

Onun işi yalnız 284.1-ci maddə ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.

Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov təsdiqləyib.