Əcnəbilər Rusiyadan deportasiya ediləcək

Əcnəbilər Rusiyadan deportasiya ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 11-dən Rusiyada hüquqi statusunu tənzimləməyən əcnəbi vətəndaşlar ölkədən deportasiya olunacaqlar.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti məlumat yayıb.

Qeyd olunur ki, sentyabrın 11-dən ölkədə hüquqi statusu tənzimləmək mümkün olmayacaq, çünki bunun üçün verilən müddət bitəcək. Göstərilən tarixdən əcnəbilərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş bəzi hüquqların məhdudlaşdırılması tədbirləri tətbiq olunacaq.