Aprelin 17-dən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların I Beynəlxalq Forumu işə başladı.
Aprelin 17-dən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların I Beynəlxalq Forumu işə başladı.
İki günlük forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 alim və tədqiqatçı iştirak etdilər.
Qafqazşünasların I Beynəlxalq Forumunda iştirak edən Amerikalı professor Kris Veqan konfransın son dərəcədə vacibliyi haqqında TİA.AZ-a təəssüratlarını bildirdi: “Qafqaz və Qafqazın tarixi ABŞ-da da danışılan mövzulardandır. Mən çox xoşbəxtəm ki, buraya iştirak üçün dəvət edilmişəm. Xarici həftəyə dünyanın bir çox yerindən, regionlarından kifayət qədər elmi işçilər dəvət olunub. Qafqaz regionu əsrlər boyu çoxmillətli və çoxdilli qrupların sülh şəraitində olduğu yer olub. Bu səbəbdən də son dərəcə vacib məsələlər müzakirə predmetləridir. Həmçinin bu region şərq, qərb və bir çox dünyalar arasındadır. Eləcə də əsrlərdən bəri böyük güclər arasında rəqabət məkanına çevrilmişdir”.
Dağıstan və Rusiyanın iki elmi tədris müəssisəsini təmsil edən, Dağıstan Dövlət Universitetinin Ümumi Tarix kafedrasının professoru, Rusiya Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Seferbekov Ruslan İbraqimoviç bildirdi ki, bu iki müəssisə Azərbaycan Respublikası ilə mədəni və elmi təhsil müəssisələri ilə sıx əlaqədədir: “I Qafqazşünaslıq forumuna dəvət aldığıma görə çox şadam. Mən Azərbaycan və Dağıstanlıların milli mətbəxləri və mədəniyyəti ilə bağlı məruzəylə çıxış etdim. Əsasən Azərbaycan mətbəxinin Rusiya, Avropa mətbəxi ilə əlaqəsi ilə maraqlanıram.Bu sahədə Şimali və Cənubi Qafqazlılarla yanaşı başqa qafqazşünasların da fikirləri maraqlıdır”.
Rusiya Elmlər Akademiyasının Etnosiyasət İnstitutunun baş elmi işçisi Axmet Yarlıkapov bildirdi ki, Qafqaz regionunda, xüsusən Bakıda keçirilən Qafqazşünasların I forum Azərbaycan üçün böyük əhəmiyət kəsb edir. “Memorandum da imzalanıb. Qafqazşünasların inteqrasiyaya ehtiyacı var. Azərbaycan və Rusiyada qafqaz məktəbinin ənələri möhkəm rol oynayır. Biz qarşılıqlı əlaqələrin möhkəmlənməsində maraqlıyıq. Birinci növbədə biz ona görə sıx əlaqədə olmalıyıq ki, sərhədlərimiz ümumidir, Qafqaz regionunda yerləşirik, Rusiya və Azərbaycan siyasi- iqtisadi mənada bir-birinə inteqrasiya edib. Hər ikisi neft ixrac edən ölkələrdir”.
Tarix elmləri doktoru Krinko Yevqeniy Fedoroviç bu forumun əhəmiyyətinin çox böyük olduğunu dedi: “Qafqazın böyük və həllini tapmayan problemləri var. Bunlar əsasən ərazi və sosial-iqtisadi sahələrdir. Rusiya və Azərbaycanın siyasi – iqtisadi mənada problemlərinə Qafqaza aid olmayan ölkələr tərəfindən maneçiliklər olur. Mən ümid edirəm ki, bu problem tariximizlə də əlaqəlidir və Qafqazda yaşayan ölkələrin ümumi gücü ilə problemi həll etmək olar”.
İlahə