Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı müraciət hazırlayıb.
Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı müraciət hazırlayıb.
TİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, biz – Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bir qrup əcnəbi tələbə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həyatını itirməsi və Sərvinaz Quliyevanın yaralanması ilə nəticələnən hadisədən çox sarsıldıq. Xüsusən 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi insanlığın faciəvi dramıdır. Bu hadisə bizə 3 ay bundan öncə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfərimiz zamanı vaxtı ilə orada dağılmış evləri, həyət-bacaya səpələnmiş uşaq oyuncaqlarını görərkən keçirdiyimiz hissləri bir daha yaşatdı.
Eyni zamanda kəndin yenidən bərpa olunaraq mülki əhalinin yaşaması üçün hər cür şəraitin yaradılması bizdə sülhə, dinc birgə yaşayışa inam hissi yaratmışdı. Bu inam Cocuq Mərcanlıda bünövrəsi qoyulan yaşayış evləri, məktəb binası ilə tanış olarkən daha da möhkəmlənmişdi.
Ancaq təəssüf edirik ki, dünyanın ən möhtəşəm himni olan körpə qığıltısını Alxanlı kəndində atəş saçan silahların səsi susdurdu, dünyanın ən böyük sevincini bizə bəxş edən məsum uşaq təbəssümünü insanı sarsıdan tablo əvəz etdi. 2 yaşlı Zəhranın ürək ağrıdan bu tablosu yaddaşımızdan heç zaman silinməyəcək.
Biz Zəhranı qətl edənlərin tezliklə mühakimə olunmasını istəyirik.
1. Dettmann Tim Ferdinand Almaniya Azərbaycan Dövlət İqtisad Universiteti
2. Cahanger S.M. Rashed Banqladeş Azərbaycan Dövlət İqtisad Universiteti
3. Fayehun Tomiva Samuel Nigeriya Azərbaycan Dövlət İqtisad Universiteti
4. Ebrima Gomez Qambiya Azərbaycan Dövlət İqtisad Universiteti
5. Shmidt Janna Alibekovna Qırğızstan Azərbaycan Dövlət İqtisad Universiteti
6. Tinodashe Shoho Garreth Zimbabve Azərbaycan Dövlət İqtisad Universiteti
7. Hakimova Parvina Hakimcan Tacikistan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
8. Akar Sinan Can Mehmet Türkiyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
9. Max Elmar Ali-zade Böyük Britaniya Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
10. Ying Ding Çin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
11. Guoqing Zhang Çin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
12. İbrahim Halil Yentur Ahmet Türkiyə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
13. Elina Mourantova Yunanıstan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
14. Kanu Abass Bomboli Syerra Leone Azərbaycan Memarlıq və İnşaat Universiteti
15. Belorus Tatyana İvanovna Ukrayna Azərbaycan Memarlıq və İnşaat Universiteti
16. Bhatti Muhammad N. Pakistan Azərbaycan Texniki Universiteti
17. K.M Mamun Banqladeş Azərbaycan Texniki Universiteti
18. Mahmood Athar Azhar Pakistan Bakı Dövlət Universiteti
19. Stiniguta-Laslo Ella Petruta Rumıniya Bakı Dövlət Universiteti