Ramiz Mehdiyevin həbsindən sonra onun keçmiş komandası ətrafında da böyük səs-küy gəzir.
Tribunainfo.az xəbər verir ki, Ziya Məmmədov və Abel Məhərrəmov da daxil olmaqla bir neçə tanınmış keçmiş rəsmilər telefon zənglərinə cavab verməkdən imtina edirlər.
Səbəb isə söylənilənə görə sadədir: onların da həbs olunacağı ilə bağlı dolaşan şayiələr, məsələni diqqət mərkəzinə gətirib.
Zənglərimizə səssiz qalan keçmiş komandanın gələcək addımları yaxın günlərdə böyük diqqətlə izlənəcək.
Belə görünür ki, susqunluq yalnız ehtiyat tədbiridir, amma ölkə ictimaiyyəti maraqla gözləyir: növbəti addım nə olacaq?
Keçmiş komandanın səssizliyi və dolaşan söz-söhbətlər ölkədə yeni intriqaların başlanğıc nöqtəsidir.
Dəniz Pənahova