“Əbu Bəkr” məscidi yenidən fəaliyyətə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə “Cümə məscidi” (Əbu Bəkr) yenidən fəaliyyətə başlayacaq. 

Yaxın günlərdə “Cümə məscidi” (Əbu Bəkr) yenidən fəaliyyətə başlayacaq.

TİA.AZ xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə bildirib.

Komitə sədri qeyd edib ki, rayon icra hakimiyyəti və QMİ ilə bu barədə danışıqlar aparılıb:

“Nərimanov rayon “Cümə məscidi”nin yenidən fəaliyyəti ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Nərimanov Rayon İcra Hakimiyyəti və Qafqaz Müsaəlmanları İdarəsi ilə birgə o məscidlə bağlı müzakirələr aparmışıq. Həmin məsciddə icma yaradılması qərarlaşdırılıb və artıq icma üçün gərəkli olan 50 nəfər vətəndaş müəyyən edilib. İcmanın sənədləri QMİ-yə və Komitəyə təqdim olunub. Hazırda o sənədlərə baxılır. İnşallah, orda icma təsis edildikdən sonra o məscidə QMİ tərəfindən rəsmi din xadimi təyin olunacaq. Təyin olunduqdan sonra həmin məsciddə fəaliyyət davam etdiriləcək”.

Qeyd edək ki, 2008-ci il avqustun 17-də Əbu Bəkr məscidində partlayış baş vermişdi. Naməlum şəxs məscidin pəncərəsini daşla sındıraraq, iki ədəd RQD-1 əl qumbarasını məscidin içərisinə atmışdı. Hadisədən sonra məscidin bağlanması ilə bağlı qərar qəbul edilmişdi.