Müğənni Ebru Gündeş 9 aydır Amerikada həbsdə olan milyarder əri Rza Zərrabdan ayrılmaqdan vaz keçib.
Müğənni Ebru Gündeş 9 aydır Amerikada həbsdə olan milyarder əri Rza Zərrabdan ayrılmaqdan vaz keçib.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ebru Gündeşlə əslən cənubi azərbaycanlı olan Rza Zərrabın son 1 aydır ki, həftədə bir gün həbsxanadan telefonla danışdığı məlum olub.
Xatırladaq ki, Ebru Gündeş mart ayında Amerikada həbs olunan əri Rza Zərrabdan boşanacağını elan etmişdi. Bu açıqlamanın üstündən 3 ay keçməsinə baxmayaraq, cütlük hələ də boşanmayıb.
Qeyd edək ki, 2010-cu ildə evlənən cütlüyün qızları Alara 5 yaşındadır