ürkiyəli müğənnni Ebru Gündeş özündən 12 yaş kiçik iş adamı Murat Özdemirlə evlənib.
Gündeş bu gün Dubayda gənc sevgilisi ilə evlənib.
Yalnız yaxın ətrafının qatıldığı mərasimlə evlənən Gündeş və Özdəmirin bal ayı üçün Körfəz gəzintisinə çıxacaqları iddia edilib.
Qeyd edək ki, Murat Özdemir bir müddət əvvəl Ebru Gündeş üçün övladlarının anası Selin Kabaklıdan boşanıb.
49 yaşlı Ebru Gündeş daha əvvəl 3 dəfə evlənib. Sənətçinin ilk evliliyi 1990-cı ildə Həmdi Vardarla olsa da, münasibətləri 3 il davam edib. Gündeş 2002-ci ildə Ömer Durakla ikinci evliliyini edib və bir il sonra boşanıblar. Gündeş 2010-cu ildə Rza Zərrabla üçüncü evliliyini edib, cütlüyün 2011-ci ildə Alara adlı qızı olub, lakin 2021-ci ildə boşanıblar.