backend

DYP xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cərimə meydançalarında sahibi tərəfindən illərdir atılmış və ya qəzalı vəziyyətdə olan xeyli avtomobil var. Onların bir qismi yararlı olsa da, digərləri yararsızdır”. 

“Cərimə meydançalarında sahibi tərəfindən illərdir atılmış və ya qəzalı vəziyyətdə olan xeyli avtomobil var. Onların bir qismi yararlı olsa da, digərləri yararsızdır”.

TİA.AZ xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib. Onun sözlərinə 

görə, bununla bağlı DYP tərəfindən onların sahiblərinə dəfələrlə müraciət olunmasına və rəsmi bildirişlərin göndərilməsinə 

baxmayaraq, həmin avtomobillər sahibləri tərəfindən hələ də duracaqlardan götürülmür: “Həmin avtomobillərə görə 

duracaqlarda sıxlıq yaranır və bu da nəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsində problemlər yaradır. Xəbərdarlıq 

etmişik ki, kimin avtomobili yararlıdırsa, gəlib götürə bilər. Yararsız avtomobil sahiblərinə isə ərizə forması verilir ki, əgər 

onlara bu avtomobil lazım deyilsə ondan imtina barədə ərizə formasını doldurusunlar.

Bundan sonra onlar əlavə xərc çəkmədin, maşını harasa aparmadan dövlət tərəfindən həmin avtomobillər çıxdaş ediləcək və “metallom”a təhvil veriləcək. Amma sahiblərində avtomobilin dövlət qeydiyyat nişanları, texniki pasportu varsa, onları təhvil verməlidirlər və ərizədə göstərməlidirlər ki, avtomobil onların adından çıxsın və çıxdaş edilərək “metallom”a təhvil verilsinlər”.

DYP rəisi əlavə edib ki, cərimə meydançasında elə avtomobillər var ki, uzun illərdir hansısa qəzadan sonra qalıb və hətta 

təhvil-təslim aktı belə yoxdur: “Artıq o maşınların ehtiyyat hissələri də yararsız vəziyyətə düşüb. Ona görə, kimsə gəlib 

avtomobili götürməsə və çıxdaş edilməsi üçün müraciət etməsə, artıq həmin avtomobillərin sahibləri ilə bağlı məhkəmə 

orqanlarına müraciət ediləcək ki, müvafiq tədbir görülsün və qərar qəbul edilsin.

Bəzi avtomobil sahibləri həmin nəqliyyat vasitələrini aparıb öz həyətində saxlamağı təmin edə bilərlər. Tarif Şurasının 

qərarına əsasən, cərimə meydançasında minik avtomobillərinin bir günlük saxlanma xərci 1 manatdır. Lakin Dövlət Yol Polisi 

həmin avtomobilləri öz sahiblərinə verilməsini pulsuz təmin edəcək. Qəzalı və yararsız avtomobillərin cərimə 

meydançalarında qalmasına görə heç bir ödəniş tələb olunmur. Ona görə də, kimə lazımdırsa gəlib götürsün. Lazım deyilsə, ərizə yazsın ki, imtina edirəm və nömrələri və qeydiyyat şəhadətnaməsini təhvil versin”.