Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib.
Tribunainfo.az xəbər verir ki, müraciətdə deyilir:
“Uşaqların yollarda nəzarətsiz hərəkəti – bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər. Hər bir valideyn bilməlidir ki, uşaqlar yol hərəkəti qaydalarını mənimsəmədən və yol təhlükələrini dərk etmədən onları küçəyə tək buraxmaq – həyatlarını riskə atmaqdır. Təhlükəsizlik yalnız yol nişanları ilə yox, həm də valideyn məsuliyyəti ilə təmin olunur.
Uşaqlara qaydaları sadəcə izah etməklə kifayətlənməyin – onlarla birgə yola çıxın, nümunə olun, təhlükəsiz davranış vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirin.
Unutmayın, təhlükəsizlik ailədən başlayır. Valideynin səhlənkarlığı – uşağın həyatı üçün bəzən geri dönüşü olmayan nəticələr doğura bilər. İzah edin. Nümunə olun. Qoruyun”.