Duzdan çox istifadə edənlərin nəzərinə: bu əlamətlərə diqqət yetirin

Duzdan çox istifadə edənlərin nəzərinə: bu əlamətlərə diqqət yetirin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həddindən artıq duz istehlakı yüksək təzyiq və ürək xəstəliklərinin ortaya çıxmasında mühüm faktordur.

 Tribunainfo.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həddindən artıq duz istehlakına qarşı ehtiyat tədbirlərinin görülməsi barədə xəbərdarlıq edib.

Duz istehlakını nəzarətdə saxlamağın vacib olduğunu vurğulayan mütəxəssislər, yeməklərə çox duz əlavə etməkdən çəkinməyi, qablaşdırılmış qidaların etiketlərini oxumağı, natrium az olan məhsulları seçməyi, ənənəvi duz əvəzinə kalium ehtiva edən aşağı natriumlu alternativlərə keçməyi, pəhrizdə tərəvəz və meyvələr də daxil olmaqla, bol su istehlak etməyi tövsiyə edir.

Həddindən artıq duz istehlakı hipertoniyanın ən mühüm səbəblərindən biridir. Uzunmüddətli istifadədə infarkt, insult və ürək çatışmazlığı kimi ciddi xəstəliklərə yol aça bilər.

Araşdırmalar göstərib ki, az natrium duzu qəbul edən şəxslərdə sistolik və diastolik qan təzyiqi daha aşağı olur.