Düşüncənin gücü ilə idarə olunan ilk avtomobil hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin dekabrında “Vuzpromekspo 2017” sərgisində ilk dəfə Rusiyanın düşüncənin gücü ilə idarə olunan elektrik avtomobilinin konsepti təqdim ediləcək.
 Cari ilin dekabrında “Vuzpromekspo 2017” sərgisində ilk dəfə Rusiyanın düşüncənin gücü ilə idarə olunan elektrik avtomobilinin konsepti təqdim ediləcək. Sağlamlıq imkanları məhdud insanlar üçün nəzərdə tutulmuş “neyromobil”in konsepti N.Lobaçevski adına Nijeqorod Dövlət Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb.
TİA.AZ “rueconomics.ru” saytına istinadla xəbər verir ki, istehsalçılar beyin və avtomobilin bort sistemləri arasında məlumat mübadiləsinə imkan verəcək sistemin üzərində işləyirlər. Xüsusi alqoritmlər beyin siqnallarını tanıyacaq və onları avtomobilin idarəetmə sisteminə ötürəcəklər. Unikal avtomobilin kütləvi istehsalına 2020-ci ildə başlanılması nəzərdə tutulur.