Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir – VİDEO

Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir. Bu barədə  MN-dən xəbər verilib.

Keçirilən məşğələlər zamanı azimutla hərəkət, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, patrul xidmətinin təşkili, eləcə də meşəlik ərazilərdə aşkar edilən şərti düşmənin pusquya salınaraq məhv edilməsi üzrə tapşırıqlar icra edilib. Həmçinin kütləvi qırğın silahlarından mühafizə üzrə dərslərdə də kursantlar fəal iştirak ediblər.
Düşərgə toplanışı zamanı çalışmaların yerinə yetirilməsində əsas diqqət kursantların praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.