Duş qəbul edərkən bu səhvə yol verməyin

Duş qəbul edərkən bu səhvə yol verməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Duş qəbul edərkən əylənmək, mahnı oxumaq və qışda isti suda isinmək, yayda isə soyuq su ilə sərinləmək istəyə bilərsiniz. Ancaq bu istəklər fərqində olmadan özünüzə zərər verə bilər.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, duşda uzun müddət qalmaq dəridə quruluğa səbəb ola bilər. Bu quruluq da qaşınmaya səbəb olur. Buna görə duş qəbulu orta hesabla 10 dəqiqə olmalıdır.

Həm isti, həm də soyuq su ilə duş qəbul etməyin bəzi üstünlükləri və mənfi cəhətləri var. İsti su əzələləri rahatlaşdırıb, sinusları təmizlədiyi kimi, bədən gərginliyini və yorğunluğu da azaldaraq, yatmağımızı asanlaşdırır.

Çox isti su ilə duş almanın mənfi cəhətləri dərini qurutması və ləkələrə səbəb olmasıdır. Bundan əlavə, dərini qoruyan yağ təbəqəsini zədələdiyi üçün dərinizi həssas hala gətirən isti su infeksiya və səpgilərə səbəb ola bilər. 40 dərəcə əvəzinə 35 dərəcə istilikdə duş qəbul etmək hər cəhətdən çox daha sağlamdır. Bundan əlavə, çox isti su ilə saçları yumaq da saçların zədələnməsinə və tökülməsinə səbəb olur.

Dəniz Pənahova