Teleqram messencerinin təsisçisi Pavel Durovun qardaşı Nikolay Durov da Fransada axtarışa verilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı “Politico” yayıb.
Qeyd olunub ki, Pavel və Nikolayın həbsinə order martın 25-də verilib. Qardaşlar mütəşəkkil qrup tərkibində yetkinlik yaşına çatmayan uşaqların pornoqrafik təsvirlərinin saxlanılması, yayılması və onlara girişi təmin etməkdə iştirakda ittiham olunurlar.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə saxlanılıb.