Teleqramın qurucusu Pavel Durov iyun ayı səfəri zamanı sevgilisi Yuliya Vavilovanı gəzdirmək üçün Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən 1 milyon rubla helikopter icarəyə götürüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Yuliya əvvəllər heç vaxt bu cür helikopterə minmədiyi üçün ona sürpriz olub. Uçuş tamamilə məxfi xarakter daşıyıb və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılıb. Milyarder özünün kimliyini açıqlamamağı xahiş edib.
Kanal yazır ki, Durov iyunun ortalarında dost qrupu ilə Qırğızıstana gəlib, onların arasında bloqer Hüseyn Həsənov və 24 yaşlı Yuliya Vavilova da olub. Yerli mətbuatın məlumatına görə, o zaman Durovu xizək kurortuna investor kimi cəlb etmək istəyiblər ki, bu layihənin reallaşması üçün 165 milyon avro tələb olunur.
Deyilənə görə, Pavel Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən səkkiz nəfərlik helikopteri saatı 3000 dollara icarəyə götürüb. Cütlük üç saat ərzində uçuş edib, nəticədə Durov təxminən bir milyon rubl ödəyib.
Qrup halında iki helikopterlə Qırğızıstanın görməli yerlərinə uçublar. Durov və Vavilova cütlüyü ən böyüyündə, Hüseyn isə daha balaca olan – dörd nəfərlik helikopterdə uçub.
Xatırladaq ki, P. Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb.