Durov Parisdə ev axtarırbackend

Durov Parisdə ev axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa məhkəməsi tərəfindən zaminə buraxılan teleqram messencerinin yaradıcısı Pavel Durov məhkəmə öncəsi Parisin mərkəzində mənzil axtarır.

 Tribunainfo.az xəbər verir ki, bu barədə “Paris Match” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, rusiyalı sahibkar gələn həftənin sonunda yeni mənzilinə köçəcək.

O, artıq, Parisin gözəl bölgələrində ev tapmaq üçün tapşırıqlar verib.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.