Durov müvəqqəti azadlığa buraxıldı – Videobackend

Durov müvəqqəti azadlığa buraxıldı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teleqramın təsisçisi Pavel Durovun həbs olunduqdan sonra məhkəməsi keçirilib.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, o, mümkün ittihamdan əvvəl dindirilmək üçün məhkəməyə yönləndirilib.

Qeyd olunub ki, Durov 96 saata qədər həbsdə saxlanılıb, bu, Fransa qanunlarına əsasən, ittiham irəli sürülməzdən əvvəl kiminsə saxlanıla biləcəyi maksimum müddətdir.

Bildirək ki, 39 yaşlı Durov şənbə günü Parisin Bourget hava limanında Teleqramın moderasiya olmaması ilə bağlı əmr əsasında saxlanılıb. O, bir sıra cinayətlərdə, o cümlədən onun platformasının fırıldaqçılara, narkotik tacirlərə və uşaq pornoqrafiyasını yayan insanlara kömək etməkdə təqsirləndirilir.

Məlumat üçün deyək ki, milyarder müvəqqəti azadlığa buraxılıb. Onun növbəti məhkəməsi gözlənilir.

Rusiyanın “Mash” teleqram kanalı Durovun Paris məhkəməsinə aparılmasını əks etdirən görüntülər yayıb.

Həmin görüntüləri təqdim edirik: