backend

Duqin Bakıda kilsəyə baş çəkib – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin mayın 4-də Bakıdakı Müqəddəs Miradaşıyan Qadınlar Kilsəsində olub. 

Azərbaycanda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin mayın 4-də Bakıdakı Müqəddəs Miradaşıyan Qadınlar Kilsəsində olub.


Kilsənin baxıcısı Mefodi Ata qonağa bu kilsənin tarixi barədə məlumat verib. Bildirilib ki, Müqəddəs Miradaşıyan Qadınlar Kilsəsi 1907-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilib. 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dini məbədin yenidən qurulmasından sonra açılış mərasimində iştirak edib. Beləliklə, burada Azərbaycanda yaşayan pravoslav xristianların dini mərasimləri sərbəst şəkildə icra etmələri üçün hər cür şərait yaradılıb. 

Sonra Rusiya nümayəndə heyətinin üzvləri Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzi ilə tanış olublar. Mərkəzin dördmərtəbəli binasında dua otağı, müxtəlif tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi üçün zal fəaliyyət göstərir. Burada kilsə təhsili verən bazar günü məktəbinin fəaliyyəti üçün də şərait yaradılıb. Mərkəzdə yeparxiya üçün, kanonik mərasimlər, katexizasiya, habelə kilsə mediası üçün ayrıca otaqlar nəzərdə tutulub. Burada həmçinin kitabxana və qonaqlar üçün xüsusi otaqlar var. 

Mefodi ata Azərbaycanda xristianlığın tarixi barədə söhbət açıb. O qeyd edib ki, Prezident İlham Əliyev ölkədəki bütün dini icmalara hərtərəfli dəstək verir. Mefodi ata vurğulayıb ki, Azərbaycan tolerant və azad dövlətdir, burada bütün millətlərin və dini məzhəblərin nümayəndələri əmin-amanlıq şəraitində yaşayır. Aleksandr Duqin kilsənin arxitekturasına və daxili tərtibatına heyran olduğunu bildirib.