Dünyanın gözü bu toplantıda: Avropa viza və miqrasiya ilə bağlı kritik qərarlar verəcəkbackend

Dünyanın gözü bu toplantıda: Avropa viza və miqrasiya ilə bağlı kritik qərarlar verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri illərlə dalana dirənmiş miqrasiya və sığınacaq paketi ilə bağlı kompromis əldə etmək üçün sabah bir araya gələcək.

Tribunainfo.az xəbər verir ki, 2015-ci ildəki miqrasiya böhranından bəri Aİ sığınacaq axtaranların üzv dövlətlər arasında necə bölüşdürülməsi və sığınacaq müraciətləri rədd edilənlərin geri qaytarılması ilə bağlı həll yolları axtarır.

Aİ Komissiyasının bu məqsədlə hazırladığı bir sıra qanunvericilik təklifləri, yol xəritələri və tövsiyələrdən ibarət olan “miqrasiya və sığınacaq paketi” üzv dövlətlərin fərqli münasibəti səbəbindən qəbul oluna bilməyib.
Bütün üzv dövlətlər sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı razılığa gəlir, lakin “həmrəylik və məsuliyyət” xəttində hələ də anlaşılmaz məqamlar var.
Aİ-nin yüksək rütbəli rəsmisinin sözlərinə görə, bütün üzv dövlətlər sığınacaq axtaranların hər bir ölkəyə məcburi dağıdılmasının olmayacağını qəbul edirlər. Əvəzində hər bir ölkənin bəyan edəcəyi imkanlar nəzərə alınacaq.
Digər tərəfdən, həmrəylik mexanizmi çərçivəsində nisbətən az sayda qaçqını qəbul edən ölkələr onlara maliyyə yardımı və kadr yardımı göstərəcək.
Hər il 30 min qaçqının Aİ daxilində məskunlaşacağı, sığınacaq axtaranları qəbul etməkdən imtina edən ölkənin hər qaçqına görə 22 min avro ödəyəcəyi qeyd edilsə də, rəqəmlər razılaşdırılmayıb.
Sözügedən məmur bildirib ki, paket üzrə səsvermə yekdilliklə deyil, ixtisaslı səs çoxluğu prinsipi əsasında aparılacaq. Rəsmi buna görə də üzv ölkələrin paketə veto qoymasının qarşısı alındığından, kompromis əldə olunacağına ümid etdiyini qeyd edib.
2022-ci ildə Aİ-yə 330 min qeyri-qanuni giriş edilib ki, bu da əvvəlki ilə nisbətən yüzdə 64 artım deməkdir.