Dünyanın geyim nəhəngi açıqladı: satılmayan geyimlər…

Dünyanın geyim nəhəngi açıqladı: satılmayan geyimlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin “Hennes & Mauritz AB” (H&M) şirkəti bu ilin son rübündə satılmayan geyimlərin dəyərini açıqlayıb.

Axar.az xəbər verir ki, şirkət son rübdə satılmayan geyimlərin miqdarının 4 milyard dollar olduğunu bildirib. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

Şirkətin geyimlərinin satışının azalması onun gəlirlərinin 28% azalmasına səbəb olub.

Qeyd edək ki, H&M dünyanın ikinci ən böyük geyim riteyleridir. Bu baxımdan şirkət yalnız İspaniyanın “İnditex” korporasiyasına uduzur. Dünyanın 62 ölkəsində fəaliyyət göstərən şirkətin 4500 mağazası və 132000 işçisi var.