Dünyanın ən zəhərli ilanı budur – Bir sancması 100 heyvanı öldürəmyə bəs edir (VİDEO)

Dünyanın ən zəhərli ilanı budur – Bir sancması 100 heyvanı öldürəmyə bəs edir (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun bircə dişləməsindəki zəhər, yüzlərlə böyük yaşda heyvanı öldürməyə yetərlidir.

Taypan — Yer üzündəki ən zəhərli ilan, həm də planetin ən təhlükəli heyvanlarından biridir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Discover Wildlife jurnalı yazır.

Bəli, o, ən zəhərlisidir. Amma bir paradoks var: bu ilan “ən ölümcül” adını daşımır. Çünki təbiətdə elə yerlərdə yaşayır ki, insanla rastlaşması nadir haldır. Uzaq, əlçatmaz bölgələr onun təbii mühitidir.

Təhlükəlidirmi?

Taypanın özü durduğu yerdə heç kimə hücum eləmir. Əgər ona toxunmasan, səni görən kimi uzaqlaşır. Yəni, provokasiya olmasa, sakitliyini pozmaz.

 Necə görünür?
Quruluşca nazik və uzun olan bu ilan sarımtıl-qəhvəyi rəngdədir. Bədənində “şam ağacı” formasını xatırladan qırıq-xətli pulcuqları var.
Baş hissəsi düzbucaqlı, burnu küt, dişləri qısa, gözləri isə böyük və dairəvi bəbəklidir.

Ən maraqlısı – uzunluğu adətən 2 ilə 2,7 metr arasında dəyişir, amma çəkisi cəmi 1-2 kiloqram olur.

Rəngini niyə dəyişir?

Taypanın “geyimi” mövsümə uyğun dəyişir.

Qışda tündləşir ki, günəşdən daha çox istilik toplasın,
Yayda isə açıq rəngə dönür ki, günəşdə “yanmasın”.

Harada rast gəlinir?
Bu ölümcül gözəllik əsasən Avstraliyanın yarımsəhralı və quraq ərazilərində, xüsusilə də Kvinslendin cənub-qərbi və Cənubi Avstraliyanın şimal-şərqində yaşayır.

Adətən çay yataqları, düzənliklər, dənəvər qumlar, qayalıqlar – gizlənə biləcəyi hər yer onun üçün cənnətdir. Günorta istisindən qorunmaq üçün torpaq çatlarında, gəmirici yuvalarında gizlənir.

 Nə yeyir?
Əsas menyusunda gəmiricilər var:

Uzunsaçlı siçanlar
Qəhvəyi çöl siçanları
Yağışlı mövsümdə siçanlar artır, taypan da “bayram eləyir”. Amma quraqlıq olanda aclıq çəkə bilər, çünki ov azalır.

Ov üsulu və zəhərin təsiri
Zəhəri qədər özü də sürətlidir. Gəmiriciləri izləmək üçün dilindən və Yakobson orqanından (iy bilmə sistemi) istifadə edir. Ovuna yaxınlaşanda onu sıxışdırıb bir neçə dəfə dişləyir. Hər zərbəsi ilə zəhər buraxır.

Zəhərin təsiri:

Həm sinir, həm qan dövranı sisteminə vurur
Paraliz edir, öldürür
İçindəki xüsusi fermentlər zəhərin bədəndə sürətlə yayılmasına səbəb olur
İnanması çətin olsa da, bu qədər güclü zəhərə baxmayaraq, indiyədək taypan dişləməsindən insan ölümü qeydə alınmayıb.

Növləri hansılardır?
Taypanlar Oxyuranus adlı cinsə və Elapidae ailəsinə daxildirlər. Bu ailənin bütün üzvləri həm sürətli, həm də çox zəhərlidirlər.

3 əsas növü var:

Materik taypanı (O. microlepidotus) – ən zəhərlisi
Qərbi səhra taypanı (O. temporalis)
Sahil taypanı (O. scutellatus) – bu növün iki yarımnövü var:

O. s. scutellatus – Avstraliyada
O. s. canni – Yeni Qvineyada

 Necə çoxalırlar?

Dişilər adətən torpaq çatlarında və ya qayalıq aralarında 11-20 yumurta qoyur.
Balalar 9-11 həftə ərzində yumurtadan çıxır.
Yeni doğulmuş ilanların uzunluğu 47 sm-ə qədər olur və rəngləri böyüklərdən bir qədər açıqdır. Amma… zəhərləri eynilə böyüklər qədər öldürücüdür.

Erkək taypanlar 16 ayda, dişilər isə 28 ayda cinsi yetkinliyə çatırlar.
Cütləşmə yazda baş verir və erkəklər dişi uğrunda bir-biri ilə rəqabət aparırlar.

 Nəsli təhlükədədirmi?
Hələlik yox. Taypan geniş yayılıb və populyasiyasının azaldığına dair dəqiq məlumat yoxdur. Amma mümkün təhlükələri müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Yeri gəlmişkən:
Yaxınlarda Barbadosda dünyanın ən kiçik ilanı – barbados ip kimi ilanı yenidən kəşf edilib. Uzunluğu cəmi 10 sm, eni isə 2 mm olan bu canlı, bir zamanlar nəsli kəsilmiş sayılırdı. Tapılması ölkənin bioçeşidliliyinin qorunması baxımından ümidverici hadisə sayılır.

İmran Kərimli