Dünyanın ən yaxşı filmləri – Siyahı

Dünyanın ən yaxşı filmləri – Siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il fərqli mövzu və məzmunlu minlərlə film buraxılır.

Bəziləri uğurlu aktyor heyəti ilə, bəziləri isə gözəl hekayəsi ilə böyük təsir bağışlayır. Film tarixində köhnəlməyən, hətta illər keçdikcə daha da dəyərlənən bəzi filmlər var.

Bütün zamanların ən yaxşı filmlərini təqdim edir.
 

1. “The Shawshank Redemption” / Şouşenkdən qaçış- IMDb 9.3
Ssenari müəllifi və rejissoru Frenk Darabont olan filmdə baş rollarda Tim Robbins və Morqan Frimanın çəkilib. 1994-cü il istehsalı olan ABŞ dram filmidir. Stiven Kinqin Rita Heyvort və Şouşenkdən qaçış romanının motivləri əsasında çəkilib.
Film günahsız olmasına baxmayaraq arvadı və onun sevgilisinin qətlinə görə ölüm hökmü almış, Şouşenk Ştat Həbsxanasında 20 il məhkumluq həyatı yaşayan bankir Endi Dyufreynin hekayəsindən bəhs edir. Həbsxanadakı dövr ərzində məhbus Ellis Boyd Red Reddinq ilə dost olan Dyufreyn həbsxana müdirinin çirkli pullarını yumasına kömək etməyə razı olduqdan sonra nəzarətçilər tərəfindən qorunmağa başlanılır.
2. Godfather / Xaç atası- IMDb 9.2
Trilogiya olan Xaç atası-nın ilk filmi 1972-ci ildə ekranlara çıxıb. Filmdə Amerikadakı İtalyan mafiya başçısı və “Xaç atası” ləqəbli Don Vito Korleonun iş həyatı, ailə qavramı və oğlu Mayklın atasını əvəzləməsi yer alır.
Film Mario Püzonun 1969-cu ildə çap etdirdiyi eyniadlı əsərindən ilhamlanaraq 1972-ci ildə çəkilib. Rejissoru Frensis Ford Koppoladır. Donun oğlu Maykl obrazını Al Paçino canlandırıb. Vitonu isə 1-ci filmdə Marlon Brando, 2-ci filmdə isə cavanlığını Robert De Niro kimi əfsanəvi aktyorlar canlandırıb. Ceyms Kaan, Con Kazale, Robert Düvall, Taliya Şayr, Dayan Kiton kimi məşhur aktyor və aktrisalar da filmdə yer alıb.
3. Schindler’s List / Şindlerin siyahısı – IMDb 9.0
Epik tarixi-dram filmidir. Oskar Şindler adlı bir alman iş insanı II Dünya Müharibəsi dövründə Polşada bir fabric qurur. Burada yəhudi işçiləri çalışdıran Şindler, 110 yəhudinin həyatını qurtarır.
Film Avstraliya yazıçısı Tomas Kenillinin “Şindlerin arkı” romanı əsasında 1993-cü ildə çəkilib. Rejissoru Stiven Spilberq, ssenaristi isə Stiven Zaillyan olub. Filmin əsas rollarında Liam Nison (Oskar Şindler), Relf Fayns (SS zabiti Amon Ghot) və Ben Kinqsli (Şindlerin yəhudi mühasibatçısı İtzhak Ştern) çıxış edib.
4. The Dark Knight / Qara cəngavər IMDb – 9
Elmi-fantastik filmlərin zirvəsindədir. Coker və Betmenin münaqişəsi ətrafında çəkilib. Cokerin ortaya çıxması xalq üçün böyük təhlükə yaradır. Filmdə Betmen, Oldmen və Ekhartın Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdləri və məşhur cinayətkar Coker ilə qarşılaşmalarından bəhs olunub.
Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə 2008-ci ildə çəkilib. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edib.
5. The Lord of the Rings:The Return of the King / Üzüklərin hökmdarı: Kralın qayıdışı- IMDb 9
The Lord of the Rings trilogiyasının son filmidir. Frodo ve yol yoldaşı Sam, Tək üzüyü yox etmək üçün təhlükəli bir səyahət edirlər.
İngilis yazıçısı Con Ronald Ruel Tolkienin məşhur fantastik romanına əsaslanıb. Əsər, əsasən, 1937-1949-cu illərdə, İkinci Dünya müharibəsi dövründə yazılıb. Romanın məşhurluğu incəsənəti və çoxlu pərəstişkarlar cəmiyyətlərinin yaranmasına ilham olmuş, dünya mədəniyyətində dərin iz buraxıb.
6. Pulp Fiction / Kriminal qiraət – IMDb 8.9
Bir-birinə aşiq olan iki soyğunçunun müxtəlif planlarından bəhs edir.
1994-cü ildə Kventin Tarantinonun rejissorluğu ilə çəkilib. Rollarda: Con Travolta (muzdlu qatil Vinsent Veqa), Semuel L. Cekson (Veqanın dostu Jul Vinnfild), Uma Turman (Mia Volles) və Brüs Uillisdir (Baç Kulic). Prodüserləri Lourens Bender və Kventin Tarantino, distribyutoru “Miramax Films”dir. Filmdə Xarvey Keitel ve Kristofer Uoken kimi güclü aktyorların da rol alması bir yana, Tarantino özü də balaca bir rolda görünür. Film üç fərqli hissədən ibarətdir.
Film sadəcə 8.5 milyon dollarlıq büdcə ilə çəkilib.
7. Fight Club / Döyüş klubu – IMDb 8.8
Yuxususzluqdan əziyyət çəkən “30 yaşlı oğlan” həyatın mənasını itirdiyi “birtipli” insan və kommersiya dünyasında yaşadığı, bu dünyanın bir parçası olduğu üçün məyus olur. O, ağır xəstələrin toplaşdığı dəstək qruplarına baş çəkir. Belə qrupların birində hekəyəçi özü kimi başqa biri- Marla Zinqerlə rastlaşır. Təyyarədə isə sabun satıcısı Tayler Durden ilə tanış olur. Mənzil başına gəlib çıxdıqdan sonra öz evinin partladığını görən hekayəçi Taylerə zəng edib görüşməyi xahiş edir. Sonradan məlum olur ki, hekayəçi mənzili özü partladıb. Onun adı filmin sonuna qədər naməlum qalır.
Filmdə əsas məsələ döyüş sənəti və ya qələbə deyil. Əksinə dözmək xüsusiyyəti və nihilizmlə bağlı motivlər əks olunub.
Çak Palanikin eyniadlı romanının motivləri əsasında Devid Finçer tərəfindən 1999-cu ildə çəkilib. Baş rollarda Bred Pitt, Edvard Norton, Helena Bonham Karter yer alıb.
8. Forrest Gump – IMDb 8.8
Film zəka səviyyəsi aşağı olan Forrest Gump-ın həyatından bəhs edir. Gump, təsadüfən Elvis Presli, Kennedi, Nikson kimi şəxsiyyətlərlə tanış olur. Hadisələr 1950-70-ci illər arasında baş verənləri əhatə edir.
1994-cü ildə Robert Zemekisin rejissorluğu ilə çəkilib. Baş rol Forrest Gump obrazını isə Tom Hanks canlandırıb.
9. Inception / Başlanğıc – IMDb 8.8
Xəyalların idarə edilməsindən bəhs edən bu filmdə baş qəhrəman Copp bacarıqlı bir casusdur və onun ixtisası insanların beyninə daxil olmaq və onlardan məlumat toplamaqdır. Yuxunun ən həssas anlarında yuxularına girən Copp, özünü qorumaq üçün fərqli müdafiə üsulları inkişaf etdirir. Xəyallarla reallığın qarışdığı bu filmdə zaman-zaman kədərlənəcək, zaman zaman həyəcanlanacaqsınız.
Film 2010-cu ildə Kristofer Nolanın rejissorluğu ilə çəkilib. Baş rollarda Leonardo Di Kaprio, Ken Vatanabe, Cozef Qordon-Levitt,Marion Kotiyar, Elliot Peyc, Killian Mörfi, Tom Berencer, Maykl Keyn, Talula Rayli kimi aktyorlar yer alıb.
10. Matrix / Metriks – IMDb 8.7
Post-apokaliptik kainatda cərəyan edən The Matrix, baş qəhrəman Neonun “reallığa oyanması” ilə başlayır. Arxasında dərin bir fəlsəfi təməl olan bu film Jan Baudrilyarın simulyasiya nəzəriyyəsinin izlərini daşıyır.
Film 1999-cu ildə Vaçovski qardaşların ssenaritliyi və rejissorluğu ilə çəkilib. Baş rollarda Keanu Reeves, Laurence Fishburne, Carrie-Anne Moss ve Hugo kimi məşhurlar yer alıb.
11. Goodfellas / Yaxşı dostlar – IMDb 8.7
Henri Hill adlı qanqster, iki dostu Cimmi Konvey və Tommi De Vito ilə birlikdə soyğunçuluğa cəhd edir. Onlardan birinin gözü çox yüksəkdir və digər iki dostunu öldürərək mafiyada yüksəlməyə başlayır.
Nikolas Pilegginin “Wiseguy” kitabından ilhamlanaraq 1990-cı ildə Martin Skorsis rejissorluğu ilə çəkilib.
Film ABŞ Konqres Kitabxanası tərəfindən ABŞ Milli Film Reyestrində saxlanmasına qərar verilmiş bir əsərdir.
12. Seven / Yeddi – IMDb 8.6
Qatilinin arxasınca gedən iki polis detektivinin hekayəsindən bəhs edən film klassikaya çevrilib. Seven “Qutuda nə var?” şüarı ilə tanınır. Bir çox fərqli filmdə bu şüarla Seven-ə istinad edilir. Filmin “Mandela effekti” olduğu bilinir.
1995-ci ildə Andryu Kevin Valkerin ssenaristliyi, Devid Finçerin rejissorluğu ilə çəkilib. Baş rollarda Brat Pitt və Morqan Frimen rol alıb.
13. Interstellar / Ulduzlararası – IMDb 8.6
Elmi fantastika filmlərinin vazkeçilməzləri arasındadır. Qara dəlikdən keçərək insanların yaşaya biləcəyi bir yer tapmağa çalışan bir qrup astronavtdan bəhs edən bu filmdə zaman və məkan müstəvisi alt-üst edilir. Filmin çox möhkəm nəzəri əsası var. Son dərəcə təsir edici bir filmdir.
2014-cü ildə rejissor Kristofer Nolan tərəfindən çəkilmiş ABŞ filmidir. Baş rollarda Mattheu MkKonaugey, Anne Hathevey, Cessika Çastain ve Maykl Caine yer alıb.
14. The Pianist / Piyanist – IMDb 8.5
Film nasistlərin işğalı altında olan Polşada baş verir. Filmdə həyatın son dərəcə çətin olduğu bir dövrdə həbs düşərgəsindən sağ çıxan məşhur pianoçunun yaşamaq uğrunda mübarizəsi yer alır. Pianoçu bu gün əsl klassikaya çevrilib.
Roman Polanski’nin 2002 yapımı uzun metrajlı dramatik ve biyografik savaş filmidir. Məşhur polşalı pianoçu Vladislaq Szpilmanın eyniadlı romanı əsasında çəkilib.
15. Harry Potter / Harri Potter- IMDb 8.1
 
İngilis yazıçısı C. K. Roulinq tərəfindən yazılmış yeddi fantastik roman seriyasıdır. İlk film 1997-ci ildə yayımlanıb. Romanlar gənc sehrbaz Harri Potter və onun Hoqvarts Cadu və Sehrbazlıq Məktəbində təhsil alan dostları Hermiona Qrencer və Ron Uizlinin həyatından bəhs edir. Əsas hekayə Harrinin həyat uğrunda mübarizəsi, qaranlıq sehrbaz Lord Voldemortun ölümsüz olmağa, Sehr Nazirliyi kimi tanınan sehrbazlar şurasını devirməyə və bütün sehrbazları və Maqlları (qeyri-sehrli insanlar) ram etməyə çalışmasıdır.
Bakupost.az