Dünyanın ən yaşlı insanı vəfat etdibackend

Dünyanın ən yaşlı insanı vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

117 yaşında dünyanın ən yaşlı insanı hesab edilən Amerika əsilli ispaniyalı Maria Branyas vəfat edib.

Bu barədə onun ailəsi məlumat yayıb.

Ailəsi bildirib ki, dünyanın ən yaşlı insanı, ABŞ-də doğulmuş və iki dünya müharibəsi, İspaniya vətəndaş müharibəsi, 1918-ci il qrip pandemiyası və COVID pandemiyasını yaşamış ispaniyalı Maria Branyas Morera çərşənbə axşamı 117 yaşında vəfat edib.

Ginnesin Rekordlar Kitabı 2023-cü ilin yanvarında 118 yaşında fransız rahibəsi Lucile Randonun ölümündən sonra Branyasın dünyanın ən yaşlı insanı statusunu rəsmən təsdiqləyib.//APA