Dünyanın ən yaşlı insanı uzunömürlülüyün sirrini açıqladı

Dünyanın ən yaşlı insanı uzunömürlülüyün sirrini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1912-ci ildə Liverpulda anadan olan Con Tinnisvud “ən yaşlı kişi” tituluna sahibdir. Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Tinnisvud onun qədər yaşamaq istəyənlərə üç məsləhət verdi.

26 avqust 1912-ci ildə anadan olan Tinniswood 111 il 248 gündür sağdır və hazırda ən yaşlı insan titulunu daşıyır. Tinnisvud həm də Ginnesin Rekordlar Kitabı tərəfindən yaşayan ən yaşlı insan kimi təsdiqlənib.

Tinnisvuddan əvvəl ən yaşlı kişi titulu Xuan Visente Peresə məxsus idi. Venesuelalı Peres 114 il 311 gün yaşadıqdan sonra vəfat edib.

Tinnisvud həm də dünyanın ən yaşlı kişi İkinci Dünya Müharibəsi veteranı tituluna malikdir. İngilis donanmasının qida ehtiyaclarını ödəmək və bölmələrindən ayrılan əsgərləri tapmaq kimi vəzifələrdən məsul bir bölmədə inzibati məmur olaraq çalışan, daha sonra Kral Poçt Xidmətində və müxtəlif yanacaq şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.

Tinnisvud çox aktiv insandır; Öz işini görür, pulunu özü idarə edir və heç kimin dəstəyinə ehtiyac duymadan yataqdan qalxa bilir.

Tinnisvud onun qədər yaşamaq istəyənlərə üç məsləhət verdi.
“Çox içirsinizsə, çox yeyirsinizsə, çox gəzirsinizsə, hər şeyi çox etsəniz, nəticədə əziyyət çəkəcəksiniz. Sağlam bir həyat yaşamaq istəyirsinizsə, heç vaxt sisteminizi çox yükləməyin”, – dedi.

Tinnisvud siqaret çəkmədiyini və nadir hallarda içki içdiyini də vurğulayıb. Bu vərdişlərin hər ikisi sağlam olmaq üçün vacibdir.