Dünyanın ən varlı adamı koronavirusdan 24 milyard qazandı – Bill Qeyts isə 8 milyard itirdi

Dünyanın ən varlı adamı koronavirusdan 24 milyard qazandı – Bill Qeyts isə 8 milyard itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən varlı adamı sayılan “Amazon” şirkətinin sahibi Ceff Bezosun şəxsi varidatı 138 milyard ABŞ dollarına çatıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg”-in yaydığı məlumatda milyarderin 2020-ci ilin əvəlindən bu günə kimi 24 milyard dollar qazandığı deyilir.

“Bloomberg” C.Bezosun daha da varlanmasında koronavirus pandemiyasının əsas rol oynadığını bildirir. Belə ki, bu pandemiyanın fonunda təkcə aprelin 14-ü milyarderin şirkətinin səhmləri 5.3 faiz bahalaşıb. Nəticədə həmin tarixə ilin əvvəlilə müqayisədə Bezosun varidatı 24 milyard dollar artmış olub.

Bezosla birgə, onun keçmiş arvadı Makkenzi Skott da varlanıb. Boşanmadan sonra şirkətin səhmlərinin bir hissəsinə sahib olan M.Skottun varidatı 8.2 milyard dollar artıb. Beləliklə də 45.3 milyard dollara malik olan xanım Skott dünyanın ən varlı adamları siyahısında 18-ci yerə yüksəlib.

Bezosdan fərqli olaraq, məşhur milyarder Bill Qeytsin pandemiya dövründə 8.4 milyard dollar itirdiyi bildirilir. Ən çox itirən isə Avropanın ən varlı adamı olan, “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun sahibi Bernar Arno olub. Fransalı milyarder pandemiya səbəbindən artıq 28 milyard dollar kasıblayıb.