Yelsk Universitetində Bend Linin rəhbərliyi altında 27 nəfərlik psixiatrlar qrupu ABŞ prezidenti Donald Trampın psixi vəziyyəti haqqında kitab yazıblar.
Yelsk Universitetində Bend Linin rəhbərliyi altında 27 nəfərlik psixiatrlar qrupu ABŞ prezidenti Donald Trampın psixi vəziyyəti haqqında kitab yazıblar.
Bu haqda Böyük Britaniyanın “The Independent” nəşri bildirib.
Kitabın müəllifləri iddia edirlər ki, Tramp “təhlükəli ruhi xəstə”dir və onun “dəliliyi” diqqəti cəlb edir. Həmçinin, kitabda Tramp “dünyada ən təhlükəli insan” adlandırılıb.
Nəşr qeyd edir ki, kitab ABŞ psixiatrlarının peşəkar cəmiyyətinin mənfi reaksiyasını doğura bilər.
Kitabı oktyabrın 3-dən sifariş vermək mümkün olacaq. Onun dəyəri 16,79 dollardır./publika.az