Dünyanın ən səs-küylü şəhərinin adı açıqlandı

Dünyanın ən səs-küylü şəhərinin adı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu şəhərdə pik trafik saatlarında desibel səviyyəsi 100-ə çatır.

Tribunainfo.az xəbər verir ki, Hindistanın ən böyük şəhəri olan Mumbay yüksək səs-küy səviyyəsinə görə “yaşamaq üçün yararsız” adlandırılır. Səs-küyün əsas mənbələri tikinti, atəşfəşanlıq, yol siqnalları və səsgücləndiricilərdir. Bombay Ali Məhkəməsi bu çirklənməni azaltmaq üçün tədbirlər görməyi tapşırıb.

Digər səs-küylü şəhər isə Qahirədir (Misir). Burada səs-küy səviyyəsi insanların sağlamlığına ciddi təsir göstərir, eşitmə problemləri və əsəbilik yaradır. Üstəlik, Qahirə hava çirkliliyi baxımından da dünyanın ən pis şəhərlərindən biridir – Hava Keyfiyyəti İndeksi (AQI) 160-dır ki, bu da qeyri-sağlam səviyyə sayılır.