Dünyanın ən qısa ölkə sərhədi: Təxminən 80 metr-VİDEObackend

Dünyanın ən qısa ölkə sərhədi: Təxminən 80 metr-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya ilə Mərakeş arasındakı 80 metrlik qum zolağı dünyanın ən qısa quru sərhədi kimi tanınır.

Bakupost.Az xəbər verir ki, bu sərhəd kilometrlərlə uzanmır, iki ölkəni ayıran qumlu torpaq metrlərlə ölçülür.
İspaniya və Mərakeşi ayıran Penon de Velez sərhədinin uzunluğu təxminən 80 metrdir.
Tam adı Penon de Velez la Gomera olan bölgə Aralıq dənizində dörd tərəfdən sularla əhatə olunmuş bir ada idi.
Lakin bölgədə baş verən təbii hadisələrdən sonra yarımadaya çevrilib və quru sərhədi yaranıb. Bu sərhədin formalaşmasında 1930-cu illərdə baş vermiş zəlzələnin təsirli olduğu bildirilir.