Dünyanın ən qeyri-adi otelləri-FOTObackend

Dünyanın ən qeyri-adi otelləri-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstənilən ölkədə üslubu və konsepti ilə digərlərindən fərqlənəcək otellər tapa bilərsiniz. Bu, çox düzgün mövqedir: zövqü olan turistlər qeyri-adi mühitdə vaxt keçirmək istəyəcəklər ki, onlar öz təcrübələrini başqalarına danışa bilsinlər.

Hansı otelləri dünyada ən orijinal hesab etmək olar?

Tribunainfo.az xəbər verir ki, ən orijinal otel İsveçdə yerləşir.

Laplandiyada yerləşən otel qədər ekoloji cəhətdən təmiz və orijinal yer tapmaq bəlkə də çətindir. Havada, ağacların arasında yerləşir. Otelin forması bir qədər ağacdakı yuvanı xatırladır. Bu oteli bəzəmək üçün yüksək keyfiyyətli yerli ağacdan istifadə olunub. Qonaqlar təkcə təbiətin möhtəşəm mənzərələrindən həzz almağa deyil, həm də əsl Laplandiya meşəsini gəzməyə dəvət olunurlar.

İtaliyada “Volkanik” oteli (La Dimora di Metello)

Orijinallıq divarların əsasən əsl vulkandan ibarət olmasındadır. Bu səbəbdən otel qeyri-adi ziyarət yerləri sevənlər arasında məşhurlaşıb.

Yaşayış otaqlarını bəzəmək üçün vulkanik qayalardan əlavə, yüksək keyfiyyətli ağac növlərindən istifadə edilmişdir. Yeri gəlmişkən, bu qeyri-adi otelin tutumu çox təvazökardır: burada cəmi dörd otaq var.