Dünyanın ən kiçik 10 ölkəsi – SİYAHIbackend

Dünyanın ən kiçik 10 ölkəsi – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada xəritədə tapmaq demək olar ki, mümkün olmayan mikro dövlətlər var.

Tribunainfo.az kiçikdən böyüyə doğru həmin 10 ölkənin siyahısını sizə təqdim edir.

1. VATIKAN (0,44 km²) – həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir.

2. MONAKO (2,02 km²) – dünyada ən kiçik fransızdilli ərazi sayılır.

3. NAURU (21 km²) – dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir.

4. TUVALU (26 km²) – Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir.

5. SAN MARINO (61 km²) – Cənubi Avropada anklav mikrodövlət. San-Marino dörd tərəfdən İtaliya ilə əhatə olunmuşdur.

6. LİXTENSŞTEYN (160 km²) – və ya rəsmi adı ilə Lixtenşteyn Knyazlığı. Mərkəzi Avropanın cənub-qərbində mikrodövlət.

7. MARŞALL ADALARI (181 km²) – Marşall Adaları Respublikası – 1986-cı ilə qədər ABŞ-nin qəyyumluğu altında olmuşdur. Respublikanın ərazisində 34 mərcan adası, 1150 digər adalar daxildir.

8. SENT-KİTS VƏ NEVİS FEDERASİYASI (262 km²) – Karib dənizinin şərq hissəsində yerləşən dövlət, Sent-Kids və Nevis adalarından ibərətdir.

9. MALDIV ADALARI (298 km²) – Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir.

10. MALTA (316 km²) – və ya rəsmi adı ilə Malta Respublikası Cənubi Avropada ada-dövlət

lent.az