Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satıldı

Dünyanın ən iri mirvarisi “Yatmış şir” hərracda satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən iri mirvarilərindən olan “Yatmış şir” mirvarisi hərracda 374 min dollara satılıb.

TİA.AZ-ın məlumatına görə, çəkisi 120 qram, uzunluğu 7 santimetr olan mirvari 18-ci əsrin əvvəllərində Çində tapılıb.

 Formasına görə yatmış şiri xatırladan mirvari indiyədək şirin su hövzəsində tapılmış ən böyük mirvari hesab olunur.

Qeyd olunur ki, bu mirvari 1778-ci ildə Rusiya imperatriçası II Yekaterinaya hədiyyə olunmuşdu.