Dünya İqtisadiyyat Forumu ən güclü dillərinin siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, siyahıya ingilis dili başçılıq edir.
Ən güclü 10 dildən 6-sı Avropa dillərindən ibarətdir. Belə ki, ilk ingilis dilini Çin, fransız, ispan, ərəb, rus, alman, yapon, portuqal və hind dilləri izləyir. Türk dili siyahıda 18-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, hazırda dünyada 6 min dil var. Bu dillərdən 2 mini 1000 nəfərdən az insan tərəfindən istifadə edilir. Dünyadakı insanların təxminən yarısı tərəfindən 15 dil istifadə olunur.