Kult.az Feysbuk sosial şəbəkəsinin yaradıcısı, dünyanın ən gənc milyarderi Mark Zukerberqin Harvard Universitetinin 2017-ci il məzunları önündə səsləndirdiyi çıxışını təqdim edir:
Kult.az Feysbuk sosial şəbəkəsinin yaradıcısı, dünyanın ən gənc milyarderi Mark Zukerberqin Harvard Universitetinin 2017-ci il məzunları önündə səsləndirdiyi çıxışını təqdim edir:
Prezident Faust, nəzarətçilər heyəti, fakültə, dostlar, qürurlu valideynlər, reklam heyəti üzvləri və dünyanın ən möhtəşəm universitetinin məzunları!
Sizinlə bu gün burada olmaqdan qürur duyuram, gəlin, bir şeylə üzləşək ki, siz mənim həyata keçirə bilmədiyimi həyata keçirdiniz. Əgər bu çıxışı tamamlasam, əslində, bu, Harvardda tamamladığım ilk şey olacaq. 2017-ci il sinfi, təbriklər!
Mən çətin natiqəm, tək ona görə yox ki, universiteti atmışdım, həm də ona görə ki, biz texniki olaraq eyni nəsildənik. Son 10 ildən daha az müddət ərzində biz eyni həyətdə gəzmişik, eyni ideyaları öyrənmişik və hamımız “Ec10” dərslərində yatmışıq. Bura çatmaq üçün fərqli yollardan istifadə etsək də, xüsusilə də siz – Quaddan bura yol qət edənlər, bu gün mən bu nəsil və birlikdə inşa etdiyimiz dünya haqda nə öyrəndiyimi bölüşmək istəyərdim.
Lakin ilk öncə bunu deyim ki, yaşadığımız son bir neçə gün xoş xatirələri geri qaytardı. Aranızda neçə nəfər Harvarddan məktub gələndə nə etdiyini xatırlayır? Mən “Sivilizasiya” oyunu oynayırdım. Pilləkənlərdən aşağı düşdüm, atamı tapdım və niyəsə onun reaksiyası mənim elektron məktubu açmağımı videoya çəkmək oldu. Bu, çox kədərli video da ola bilərdi. And içirəm ki, Harvarda qəbul olmağım hələ də valideynlərimin mənimlə ən çox qürur duyduqları hadisədir.
İlk mühazirəniz necə? Mənimki inanılmaz “Herri Levis” ilə “Kompüter Elmləri 121” idi. Gecikdiyimə görə tələsik şəkildə köynəyimi geyinmişdim və anlamamışdım ki, köynəyi tərsə geyinmişəm. Anlamamışdım ki, niyə heç kim mənimlə danışmırdı – bir nəfər istisna olmaqla – KX Jin. O, buna uyğunlaşmışdı. Biz problemlərimizi birgə həll etdik və indi o, Feysbukun böyük bir hissəsini idarə edir. Və bu da, 2017-ci il sinfi, niyə insanlara yaxşı davranmalı olduğunuzun göstəricisidir.
Lakin mənim Harvardla bağlı ən gözəl xatirəm Priskillanı görmək idi. Mən yenicə “Feysmaş” veb səhifəsini yaratmışdım və reklam heyəti məni “görmək” istəyirdi. Hamı düşünürdü ki, qovulacağam. Valideynlərim mənə köçməyə kömək etmək üçün gəlmişdilər. Dostlarım məni yola salmaq üçün ziyafət təşkil etmişdilər. Bəxtdən Priskilla da öz dostları ilə o ziyafətdə idi. Biz hamam otağı sırasında gözləyərkən tanış olduq və bu, ən romantik anlardan biri idi, ona dedim: “Mənim 3 gün ərzində qovulacağıma görə biz təcili görüşməliyik”.
Əslində, siz hamınız bu sıradan istifadə edə bilərsiniz.
Mən onda qovulmadım, bunu sonra özüm özümə etdim. Priskilla ilə görüşməyə başladıq. Və bilirsiniz, əslində, “Feysmaş” Feysbukun yaranmasında böyük rol oynamış kimi görünsə də, həqiqətdə bu, belə deyildi. Amma “Feysmaş” olmasaydı, mən Priskillanı görə bilməzdim. O, mənim həyatımda ən dəyərli insandır, buna görə də deyə bilərsiniz ki, “Feysmaş” mənim burda indiyədək qurduğum ən vacib şey idi.
Biz hamımız burda ömürlük dostluqlar, bəzilərimiz isə ailələr qurduq. Buna görə də bu yerə çox minnətdaram. Təşəkkürlər, Harvard.
Bu gün məqsəd haqda danışmaq istəyirəm. Lakin məqsədlə bağlı sıradan bir nitq söyləmək üçün burda deyiləm. Biz minilliklərik. Biz onu instinktiv olaraq etməyə çalışacağıq. Əksinə, mən sizə məqsədinizi tapmağın kifayət olmadığını demək üçün burdayam. Bizim qarşımızdakı problem daxilində, hamının məqsədli bir şəkildə yaşaya biləcəyi bir dünya yaratmaqdır.
Mənim sevimli hekayələrimdən biri Kennedinin NASA-ya ziyarəti vaxtı bir qapıçının süpürgə daşıdığını görərək, onun neynədiyini soruşması haqdadır. Qapıçı cavab verib ki, cənab prezident, mən insanın Aya göndərilməsinə kömək edirəm.
Məqsəd – bizim nəyisə özümüzdən daha böyük bir şeyin parçası olduğumuz, bizim lazım olduğumuz, qarşıda işləməli olduğumuz daha yaxşı şeylər haqda olan bir hissdir. Məqsəd – əsl xoşbəxtliyi yaradan şeydir.
Siz bunun çox daha vacib olduğu bir zamanda məzun olursunuz. Bizim valideynlərimiz məzun olduqda məqsəd daha çox işə, kilsəyə, cəmiyyətə aid edilirdi. Lakin bu gün, texnologiya və avtomasiya çox işləri ləğv edir. Cəmiyyətlərdəki üzvlüklər azalır. Çox insan bağımsız və depressiv hiss edərək, boşluğu doldurmağa çalışırlar.
Dünyanı gəzərkən yeniyetmə həbsxanalarında və opioid bağımlıları ilə olmuşam. Hansılar ki, mənə görməyə bir şeyləri olsaydı, bu vəziyyətdə olmayacaqlarını və həyatlarının fərqli olacağını dedilər. Mən fabrik işçilərini gördüm, hansılar ki, bilirlər, onların əvvəlki işləri geri gəlməyəcək və öz yerlərini tapmağa çalışırlar.
Cəmiyyətimizin irəli getməsini təmin etmək üçün qarşımızda bir problem var – təkcə yeni işlər görmək yox, həm də yeni məqsəd mənbələri yaratmaq.
Kirklənddəki kiçik yataqxanamda Feysbuku yaratdığım gecəni xatırlayıram. Dostum KX ilə “Nok”a getmişdik. Ona Harvard cəmiyyətini birləşdirdiyim üçün çox həyəcanlı olduğumu, lakin bir gün bütün dünyanı birləşdirəcək birinin də olacağını dediyimi xatırlayıram.
Məsələ bundadır ki, heç vaxt düşünməmişdim ki, bu insanlar biz olacağıq. Biz, sadəcə, kollec uşaqları idik, bu haqda heç nə bilmirdik. Ətrafda böyük resurslara sahib nəhəng kompaniyalar var idi. Mən təxmin edirdim ki, bunu onlardan biri edəcək. Lakin insanların hamısının birləşmək istəməsi ideyası bizə çox aydın idi. Buna görə də gündən-günə irəli hərəkət etdik.
Bilirəm ki, çoxunuzun belə hekayələri olacaq. Dünyada başqalarının həyata keçirəcəyinə əmin olduğunuz ideyalar var, lakin onlar keçirməyəcək, siz keçirəcəksiniz.
Lakin məqsədə sahib olmaq kifayət deyil. Siz digərlərində də bu hissin yaranmasına səbəb olmalısınız.
Bunu çox çətinliklə anladım. Gördüyünüz kimi, mənim məqsədim kompaniya yaratmaq yox, nəyəsə təsir etmək idi. Və bütün bu insanların bizə qoşulduğunu gördükdə, onların da eyni şeyin qayğısına qaldığını anladım. Buna görə də bizim nə yaratmaq istədiyimiz dilə gətirmədim.
Bir neçə il sonra bəzi böyük kompaniyalar bizi almaq istədi, mənsə satmaq istəmədim. Görmək istəyirdim ki, biz daha çox insan birləşdirə bilərikmi? Biz ilk xəbər axışını düzəldəndə düşünürdüm ki, əgər bunu bacarsaq, dünya haqqında məlumatları almaq formamız dəyişəcək.
Demək olar ki, hamı satmaq istəyirdi. Ali məqsəd hissi olmadan bu, reallaşmış start-ap xəyalı idi. Bu, bizim şirkəti cəbhələrə ayırdı. Bir mübahisədən sonra məsləhətçi mənə dedi ki, əgər mən satmağa razı olmasam, ömrümün axırına qədər bu qərarıma görə peşman olacağam.
Əlaqələr o qədər köhnəlmişdi ki, bir neçə il ərzində bizim idarə heyətimizdəki hər kəs getmişdi.
Bu, mənim Feysbuku idarə etdiyim dövr ərzində ən çətin zamanlarım idi. Mən etdiyimiz şeyə inanırdım, amma özümü tək hiss edirdim. Ən pisi isə o idi ki, bu, mənim günahım idi. Mənə maraqlı gəlirdi ki, saxta, saf, dünyanın necə fırlandığını qavramayan 22 yaşlı uşağam.
İndi – bir neçə ildən sonra başa düşürəm ki, işlər ali məqsəd hissi olmadan necə gedir. Bunu yaratmaq özümüzdən asılıdır. Ona görə də hamımız birlikdə hərəkət etməyi davam etdirməliyik.
Bu gün mən hər kəsin bir ali bir məqsədə sahib olduğu yeni bir dünyanı yaratmaq mümkünlüyünün üç yolunu açıqlayacağam:
Birincisi, böyük və mənalı layihələrin hazırlanmasının labüdlüyü.
Bizim dövrümüzdə avtomatlaşdırma prosesinə görə robotlar hazırda insanları milyonlarla işdə əvəz edib. Amma biz bundan daha çox iş görmək potensialına sahibik.
Hər dövrün onu təyin edən öz işləri var. Məsələn, 300 mindən çox insan bir nəfəri Ay səthinə göndərə bilmək üçün çiyin-çiyinə çalışırdı.
Bu layihələr sadəcə olaraq, insanlara işi görmək üçün ali məqsəd vermədi, həm də bütün ölkə vətəndaşlarına daha böyük işlər görə bilmələri və ilham almaları üçün ali bir qürur hissi bəxş etdi.
İndi böyük işlər görmək növbəsi bizdədir. Bilirəm, böyük ehtimalla düşünürsünüz ki, bir işi görmək üçün milyonlarla insanı necə bir araya yığmaq olar?
Amma icazə verin, sizə kiçik bir sirr açım: başlanğıcda bunu heç kəs bilmir.
İdeyalar tam formalaşmış şəkildə gəlmir, onların üzərində işlədikcə bu ideyalar daha da formalaşır və mükəmməlləşir. Əsas olan başlamaqdır.
Əgər mən insanları əlaqələndirmək barədə hər şeyi başa düşməli olsaydım, bəlkə də, Feysbuk sosial şəbəkəsini qurmağa başlamazdım.
Filmlər və pop mədəniyyəti bütün bunları səhv anlayır. “Tənha evrika” anı ideyası olduqca təhlükəli bir yalandır.
Bizim özümüzə məxsus evrika ideyamız olmadığı üçün bu, bizi qeyri-adekvat edir.
Bu yaxşı ideyası olan insanların inkişafının qarşısını alır. Filmlərdə innovasiya haqda olan başqa hansı yalanlar var, bilirsinizmi?
Heç kəs şüşənin üzərinə riyazi düsturlar yazmır.
Elə isə biz nəyi gözləyirik? Bu, bizim dövrümüzü müəyyən edən ictimai işlər görmək zamanıdır. Məsələn, planetimizi məhv etmədən əvvəl iqlim dəyişikliyinin qarşsını almağa və insanları Günəş panellərindən istifadə etməyə cəlb etməyə nə deyirsiniz?
Xəstəlikləri sağaldıb, könüllülərdən onların sağlamlıq məlumatlarını və genomlarını paylaşmağa necə baxırsınız?
Bəs demokratiyanı modernləşdirmək necə? Beləcə hamı onlayn səs verə bilər və eyni zamanda təhsil hamı üçün əlçatan olar.
Bu nailiyyətlər hamısı əlçatandır. Gəlin onların hamısını elə edək ki, cəmiyyətdə hər kəsə bir rol düşsün. Gəlin daha böyük şeylər edək – sadəcə, inkişaf yox, məqsəd yaradaq.
İkincisi, bərabərlik anlayışını yenidən müəyyən etmək. Bunun sayəsində insanlar öz məqsədlərini izləmək azadlığına sahib olacaq.
Bir çoxlarımızın valideynlərinin kariyeraları boyunca stabil işləri var idi. İndi isə hər şey bizim özümüzdən asılıdır. Hansısa bir layihəni yarada və başlada bilərik. Eyni zamanda da mövcud olan hər hansı bir layihədə özümüzə məxsus bir rol tapa bilərik.
İndi sahibkarlıq mədəniyyəti inkişaf edir və bu da yeni ideyaları yoxlamağa imkan verir. Feysbuk mənim yaratdığım ilk böyük şey deyildi. Bundan əlavə mən oyunlar, çat sistemləri, təhsil “tul” ( tool ) alətləri və musiqi pleyerləri yaratmışam.
Mən tək deyiləm, C.K Roulinq dünya şöhrətli “Herri Poter” əsərini dərc etmədən öncə on iki dəfə rədd cavabı alıb. Məsələn, məşhur müğənni Beyons “Halo”ya çatana qədər yüzlərlə mahnı ifa edərək özünü yoxlamışdı.
Böyük uğurlar uğursuz olma azadlığından doğur. Hər nəsil özünün bərabərlik anlayışını genişləndirir. Əvvəlki nəsillər səs vermək və vətəndaş hüquqları üçün mübarizə aparırdı. Onların Yeni Anlaşma və Böyük Cəmiyyəti var idi. İndi isə bizim nəslimiz üçün yeni sosial müqavilə təyin etmək növbəsidir.
Biz cəmiyyətimizin inkişafını Ümumi Daxili Məhsulun göstəriciləri ilə deyil, nə qədər insanın həyat fəaliyyətində uğur qazandığı ilə ölçməliyik.
Biz bütün ideyaları universal gəlir kimi araşdırmalı və hər kəsə yeni şeyləri sınaqdan keçirmə şansı verməliyik. Hamımız səhvlər edəcəyik. Ona görə də elə cəmiyyətə ehtiyacımız var ki, bizi ləkələməyə fokuslanmasın.
Buna görə də Priskilla ilə mən “Çan Zukerberq İnşietivi” başlatdıq və onu hamıya bərabər şans vermək üçün istiqamətləndirdik. Bu, bizim nəslin dəyərləridir. Bizim bunu edib-etməyəcəyimiz heç vaxt sual altında olmamışdı, əsas sual nə vaxt edəcəyimiz idi.
Söhbət təkcə puldan getmir. Siz kiməsə, sadəcə, vaxtınızı ayıraraq da kömək edə bilərsiniz. Bir saat və ya iki həftə – fərqi yoxdur. Bu özü də hər hansı bir insana öz potensialını üzə çıxarması üçün yardım edə bilər.
Bəlkə də siz düşünürsünüz ki, bu, olduqca uzun zamandır. Mən də elə düşünürdüm.
Priskilla Harvar Universitetindən məzun olduqdan sonra müəllim kimi fəaliyyət göstərməyə başladı. Mənimlə təhsil işi hazırlamadan əvvəl hansısa bir sinfə dərs deməli olduğumu bildirdi. Mənsə şikayət edirdim ki, şirkəti idarə etməliyəm və olduqca məşğulam. Ancaq o təkid edirdi. Odur ki, mən orta məktəb şagirdlərinə sahibkarlıq proqramından dərs deməyə başladım.
Onlara məhsulun inkişafı və marketinqdən dərs deyirdim, onlarsa mənə öz irqi üçün hədəflər müəyyən etmək, ailə üzvlərindən hansınınsa həbsdə olmasının necə bir duyğu olduğunu öyrətdilər.
Mən onlarla məktəb xatirələrimi bölüşdüm, onlarsa bir gün ali məktəbə getmək xəyallarından danışdılar.
Artıq beş ildir ki, hər ay o uşaqlarla axşam yeməyi yeyirəm. Onlardan biri, Priskilla ilə bizim uşağımız yeni doğulanda bizimlə birgə ilk duş aldığı zaman yanımızda idi.
Gələn il onlar universitetə gedəcək – ailələrində ali məktəbə gedən ilk adam olaraq.
Üçüncüsü, hər kəsdə məqsəd hissi yaratmaq üçün icma yaratmaq lazımdır – “hər kəs” deyərkən dünyadakı hər kəsi nəzərdə tuturam.
Dünyanın müxtəlif yerlərində milyonlarla insan arasında keçirilən sorğuda milliyyət, din və etnik kimlik haqda verilən sualın ən məşhur cavabı – “dünya vətəndaşı” idi.
Bu, çox əladır!
İnanıram ki, öz icmamızı yenidən yarada bilərik. Çünki artıq bir çoxunuz yeni icma üzvlərindənsiniz.
Bu gün məzun olan Aqnes İqoye ilə tanış oldum. Hardasan, Aqnes? O, öz uşaqlığını Uqandanın konflikt zonasında keçirib. İndi isə minlərlə hüquq mühafizə orqanına icmanı təhlükəsiz saxlamağı öyrədir.
Mən Kayla Oakley və Niha Ceynlə tanış oldum. Onlar da bu gün məzun olurlar. Ayağa qalxın. Kayla və Niha heç bir maddi marağı olmayan təşkilat yaradıblar. Bu təşkilat onların ölkələrində olan xəstə insanları onlara yardım etmək niyyətində olan insanlarla əlaqələndirir.
Mən Devid Razu Aznarla tanış oldum. O, bu gün Kennedi məktəbindən məzun olur. Devid ayağa qalx. O, sabiq şəhər müşaviridir. Meksika şəhərinin evlilik bərabərliyi (eynicinslərin evliliyi) mübarizəsinin başında gedən insandır. Hətta San-Fransiskodan öncə bu qanun Meksikada məhz Devidin mübarizəsi nəticəsində qanuniləşdi.
Bu, mənim də hekayəmdir. Yataqxana otağında bir icmanı əlaqələndirən bir tələbə daha sonradan bunu bütün dünya insanlarına şamil etdi.
2017-ci il sinfi, siz məqsədə ehtiyacı olan bir dünyaya məzun olursunuz. Onu yaratmaq sizdən asılıdır.
İndi siz öz-özünüzə düşünürsünüz: mən bunu həqiqətən də edə bilərəm?
Yadınızdadırmı, orta məktəbdə dərs dediyim haqda danışdım? Bir gün dərsdən sonra onlara kollecdən danışırdım. Və mənim ən yaxşı şagirdlərimdən birini əlini qaldıraraq dedi ki, sənədləri olmadığı üçün kollecə gedib-getməyəcəyindən əmin deyil.
Ötən il mən onu ad günü münasibətilə səhər yeməyinə apardım. Ona hədiyyə almaq istəyirdim. Buna görə də ondan nə hədiyyə istədiyini soruşdum. O çətinlikləri olan şagirdlər haqda danışdı:
“Bilirsiniz, mən istəyərdim ki, sosial ədalət haqqında bir kitab olsun”.
Mən dəhşətə gəldim. O, heç bilmirdi ki, vətən dediyi ölkə onun kollecə getməsinin qarşısını alacaq. Amma o, buna görə üzülmürdü. Hətta özü haqda düşünmürdü belə.
Onun ali məqsəd hissi var idi və öz ətrafına insan cəlb etməli idi.
Bu, bizim son vəziyyətimizi gözlər önünə sərən bir şey idi.
Bu qapıdan sonuncu dəfə çıxmadan öncə Memorial kilsənin önündə oturduğumuz vaxtda yadıma bir dua düşdü. Hər dəfə çətinliklə üzləşəndə o duanı oxuyuram. Qızımı yatağına aparanda onun gələcəyi haqda düşünərkən də bu duanı oxuyuram. Dua belədir:
“Qoy bizdən əvvəlkiləri hifz edən gücün mənbəyi bizə öz həyatımızı hifz etmək üçün lazım olan cəsarəti tapmağa kömək etsin”.
Ümid edirəm ki, həyatınızı hifz edəcək cəsarəti tapacaqsınız.
Təbrik edirəm, 2017 məzunları! Uğurlar!