Dünyanın ən etibarlı nəqliyyat vasitəsi

Dünyanın ən etibarlı nəqliyyat vasitəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırma şirkəti 22 il ərzində maşın mühərriklərində baş verən nasazlığı müəyyənləşdirib.

Amerikanın “CarMD” araşdırma şirkəti son 22 il ərzində istehsal olunan 5.6 milyon avtomobillə bağlı məlumatları analiz edərək, hər markanın istehsal etdiyi maşın mühərriklərində baş verən nasazlığı müəyyənləşdirib.

Araşdırma, “Toyota” avtomobillərinin mühərriklərində nasazlığın ən az olduğunu ortaya qoyub.

Beləliklə “Toyota” dünyanın ən etibarlı nəqliyyat vasitələri sıralamasında birinci olub.

Siyahıda “Acura” ikinci, “Hyundai” isə üçüncü sırada yer alıblar.

Dördüncü və beşinci sırada isə “Honda” və “Mitsubishi” yer alıb.

Təmir xərcləri ən aşağı qiymətə başa gələn avtomobil “Mazda” olduğu bilindi.