Nadir görülən narahatlıqlardan birinə sahib olan Lizzi Velasquez “Dünyanın ən çirkin qadını” seçilməsindən sonra “Dünyanın ən cəsur qadını”na çevrilməsi hekayəsindən bəhs edən sənədli qalasını hazrlayır
Nadir görülən narahatlıqlardan birinə sahib olan Lizzi Velasquez “Dünyanın ən çirkin qadını” seçilməsindən sonra “Dünyanın ən cəsur qadını”na çevrilməsi hekayəsindən bəhs edən sənədli qalasını hazrlayır.
TİA.AZ xəbər verir ki,dünyaya gəldiyindən bəri kilo alma problemi yaşayan və necə deyərlər, “bir dəri, bir sümük” görünən amerikalı Velasquez 26 kilodur.Bir gözü də görməyən və bütün uşaqlığını bu narahatçılıqlarına çarə axtararaq keçirən gənc qadın, yetkinliyində isə məktəbdəki yoldaşlarının kinayəli sözləri və alçaltmalarına məruz qalıb.Ailəsinin təsiri ilə bu vəziyyəti dərd etməməyə çalışan Velasquez, bir gün internetdə “Dünyanın ən çirkin qadını” seçildiyini gördükdə isə sanki başından aşağı qaynar su tökülüb. Milyonlarla insanın izlədiyi gənc qadının fotolarına minlərlə adam nifrət dolu şərhlər yazıb: “Bu halına görə, yaşama” “Özünü silahla öldür” kimi rəylərə qarşılıq olaraq özünün görünüşünü olduğu kimi qəbul edərək həkimlərə belə müraciət etməyib.
TİA.AZ