Dünyanın ən bahalı 13 qidası – MARAQLI

Dünyanın ən bahalı 13 qidası – MARAQLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qidalar həyatımızı davam etdirməyimiz üçün ən əsas ehtiyaclarımızın başında gəlir. Bununla yanaşı, bəzi çox bahalı qidalar var ki, onları alıb yemək üçün bəlli miqdarda pula ehtiyac olur.
Moderator.az dünyanın ən bahalı 10 qidasını oxuculara təqdim edir:
 
Nakazava südü
Yaponiyada istehsal olunan “Nakazava” inək südü dünyanın ən bahalı südüdür. Qiyməti orta hesabla süd qiymətinin 30 qatıdır. Sözügedən süd həftədə bir dəfə sübh vaxtı inəklərdən sağılır. Bu zaman sağılmasının səbəbi isə bu vaxtda inəklərin südünün qida dəyərinin yüksək olmasıdır. Südün bir litri 43 dollar məbləğindədir.
Fuqu
Fuqu Yaponiyada incə bir şəkildə hazırlanan balıqdır. Son dərəcə zəhərlidir, bu səbəblə yalnız ali təhsilli və lisenziyalı aşpazların hazırlamasına icazə verilir. Avropa Birliyi daxilində qadağan olunan bu qidanın satış qiyməti isə tam 186 dollardır.
Kobe bifşteksi
Yaponiyanın Hyogo bölgəsində yetişən Vagyu sığırlarından əldə edilir. Ət restoranlarında, suşi restoranlarında və ya mütəxəssis qəssablarda olur. Bir kiloqramı isə 251 dollardır.
Manuka balı
Manuka kollarından gələn balın boğaz ağrısından, qripə qədər hər şeyi yaxşılaşdırdığına inanılır. Son dərəcə faydalı olan bu balın qiyməti 504 dollardır.
Saf vanil
Madaqaskar və İndoneziyada  istehsal olunan bu ədviyyatın 1 kiloqramı 515 dollardır.
Beluqa kürüsü
 
Xəzər, Adriatik və Qara dənizdə yaşayan nərə balıqlarından toplanan, duzla qurudulmuş balıq yumurtasından əldə edilən bir ləzzətdir. 100 qramı 906 dollardır.
Matsutak göbələkləri
Matsutak göbələkləri Yaponiyanın Okinava bölgəsində yetişir. Bir kiloqramı tam olaraq 1000 dollardır.
Densuke qarpızı
Densuke Yaponiyada yetişən 5 kq böyüklüyündə bir qara qarpızdır. Bu dəyərli giləmeyvənin hər birinin ən çox 5.800 dollara satıldığı bilinir.
Qara toyuq
Qeyri-adi İndoneziya cinsi olan bu toyuqların hər yeri qaradır. Ətinin yaxşı şans gətirdiyinə inanılır və müxtəlif xəstəlikləri yaxşılaşdırdığı söylənilir. Bir toyuq təxminən 2.500 dollara satılır.
Zəfəran
İran qlobal tələbatın 95 faizini qarşılayan dünyanın baş zəfəran istehsalçısıdır. Toplanan 150 çiçəkdən sadəcə 1 qram zəfəran istehsal olunur. Dünyanın ən bahalı ədviyyatıdır. Bir kiloqramı təxminən 3 min dollar dəyərindədir.