Tribunainfo.az xəbər verir ki, Lent.az-ın “Bioqrafiya” rubrikasında bu dəfə dünyanın ən ağıllı insanı hesab edilən Terens Çi Şen Taodur.
Dünyanın ən ağıllı insanı kimdir və harada doğulub?
Çin əsilli avstraliyalı riyaziyyatçı Тerens Тао 1975-ci ildə Avstraliyanın Аdеlаidada şəhərində dünyaya gəlib.
Terens Taonun uşaqlığı necə keçib?
Terens hələ kiçik yaşlarında zəka və istedadı ilə hər kəsi təəccübləndirməyi bacarıb. İki yaşında artıq saymağı öyrənib və 9 yaşında universitet kurslarına qatılıb. 1988-ci ildə Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi olub və tarixin ən gənc qızıl medalçısı kimi tanınıb.
Terens Tao necə bir ailədə dünyaya göz açıb?
Onun valideynləri Honkonqdan Avstraliyaya ilk mühacir etmiş ailələrdən olub. Atası Uilyam Rendolf Tao pediator, anası isə Honkonqda fizika-riyaziyyat ixtisasını bitirmiş və bir müddət orta məktəbdə müəllimə olaraq çalışıb. Taonun daha iki qardaşı var. Onlar da Avstraliyada yaşayır və hər ikisi bu ölkəni Beynəlxalq Riyaziyyat olimpiadasında təmsil ediblər.
Terens Tao dünyada nə təxəllüsü ilə tanınır?
Tao bütün dünyada “Riyaziyyatın Motsartı” kimi təqdim olunur. Bunun səbəbi isə 8 yaşında Cons Hopkins Universitetində xüsusi istedadların tədqiqi üçün nəzərdə tutulmuş riyaziyyat proqramında 700 baldan yuxarı nəticə göstərmiş iki uşaqdan biri olmasıdır. Tao bu proqramda 760 bal toplayıb. Bu isə rekord nəticədir.
O, uğura gedən yolu necə keçib?
1986, 1987 və 1988 ci illərdə Тerens Beynəlxalq riyaziyyat olimpiadasında iştirak edən ən gənc iştirakçısı olub. Bu vaxt Taonun cəmi 10 yaşı var idi. Həmin illərdə o uyğun olaraq bürünc, gümüş və qızıl medal qazanmışdı. 13 yaşında qızıl medala sahib olan Terens olimpiada tarixində bunu bacara bilən yeganə ən gənc qalibdir.
Terens Taonun universitetə nə vaxt daxil olub?
Bu heyrətamiz zəkaya sahib şəxs 14 yaşında Elmi Araşdırmalar İnstitutuna daxil olub. O bakalavr və magistr dərəcəsini Flinders Universitetində professor Qarta Qodridən alıb.
1992-ci ildə Amerikada aspiranturaya daxil olub. 1992-ci və 1996 illər aralığında Tao Eliasa Steynin rəhbərliyi ilə Prinston Universitetində oxuyub. 20 yaşında artıq doktorluq dərəcəsi alır və 1996-cı ildən başlayaraq isə Kaliforniya Universitetində çalışmağa başlayır. Terens Tao 24 yaşında professor olub. 31 yaşında o, Fields medalına layiq görülüb və 34 yaşında Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilib.
Terens Taonun elmi nailiyyətləri nələrdir?
Onun əsas elmi nailiyyətlərindən biri sadə ədədlərin ixtiyari uzun arifmetik irəliləyişlərinin mövcudluğu haqqında “Green-Tao” teoreminin isbatıdır. Ən çox tanınmış işi isə Britaniya riyaziyyatçısı Benom Qrin ilə birgə isbat etdiyi qeyri-məhdud “sadə ədədlər”in hesabi silsiləsinin varlığıdır.
Terens Taonun əsas tədqiqat sahələri hansılardır?
Onun tədqiqat sahələrinə “riyyaziyyatın harmonik analizi”, “xüsusi törəməli diferensial tənliklər”, “həndəsi kombinatorika”, “analitik ədədlər nəzriyyəsi” və “ehtimal nəzəriyyəsi” və s. daxildir.
Terens Tao elmi araşdırmalara başqa hansı töhfələr verib?
Terens məhsuldar riyaziyyatçıdır və 275-dən çox elmi məqalənin müəllifidir. O, ümumi nisbilik nəzəriyyəsini təsvir edən tənlikləri, eləcə də fiber optik kabeldə işığın hərəkətini idarə edən kvant mexanikasını təsvir edən tənlikləri sadələşdirə bilən texnikalar hazırlayıb. Bu isə indiki və gələcək zaman üçün möhtəşəm tədqiqatlardır.
Terens Taonun IQ-su (intellekt əmsalı) nə qədərdir?
İnsanların 50%-nin IQ səviyyəsi 90-110 arasıdır. 0,5% insan isə dahi hesab olunurlar. Onların IQ göstəricilər 140-dan çoxdur. Terens Taonun IQ-su isə 230-dur və bu nadir göstəricidir.
Terens Tao hazırda nə edir?
48 yaşlı Tao hazırda Amerikanın Los-Anceles şəhərinin Kaliforniya Universitetində riyaziyyat üzrə professordur.
Terens Taonun şəxsi həyatında nələr var?
Terens Tao evlidir. İki uşağı var. O, yoldaşı və uşaqları ilə birlikdə Amerikada yaşayır.