Dünyanı qorxu bürüdü: İnsanlar bunkerlər alır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pxenyan-Vaşinqton münasibətlərinin gərginlənməsindən sonra son 2 həftə ərzində dünyada bunker satışları 90 faizə qədər artıb. 

Pxenyan-Vaşinqton münasibətlərinin gərginlənməsindən sonra son 2 həftə ərzində dünyada bunker satışları 90 faizə qədər artıb.

Axar.az xəbər verir ki, bu barədə bütün dünyada sığınacaqların tikintisi və satışı ilə məşğul olan “Rising S” şirkəti açıqlama yayıb. Şirkətin təmsilçisi insanların narahatlıq içərisində olduğunu bildirib.

Şirkətin məlumatına görə, satışlar və tələbat xüsusən Yaponiya ərazisində kifayət qədər yüksəlib. Bundan əlavə, ABŞ ərazisində də Koreya ilə yaşanan gərginlikdən narahat olaraq qorunmaq üçün bunker almaq istəyənlərin sayında artım qeydə alınıb.

Qeyd edək ki, Şimali Koreya ABŞ-a məxsus Quam adalarını vura biləcəyini açıqlamışdı.