DÜNYADA SEYSİMİK AKTİVLİK ARTIB… NİYƏ BİNALARDA MONİTORİNQ APARILMIR?backend

DÜNYADA SEYSİMİK AKTİVLİK ARTIB… NİYƏ BİNALARDA MONİTORİNQ APARILMIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın hər tərəfində zəlzələlər baş verir. Hər şeyə hazır olmaq lazımdır. Hündürmərtəbəli binalarda monitorinqlər aparılmalıdır. Amma buna hələ ki, rast gəlməmişəm.

Tribunainfo.az xəbər verir ki, bu barədə əmlak eksperti Elnur Fərzəliyev yazıb. O bildirib ki, Türkiyədəki dəhşətli zəlzələdən sonra belə heç bir iş görülmədi, qəzalı binalar belə yoxlanılmadı:

“Şəmkir və digər ərazilərdə zəlzələ baş verib. Türkiyədəki zəlzələdən sonra bizdə də bütün çoxmənzilli yaşayış binalarının zəlzələyə davamlılığı yoxlanılmalı idi. Amma hələ ki mən belə bir manitorinqlərə rast gəlməmişəm”.