Alimlər insan beyni tərəfindən idarə olunan robotu uğurla inkişaf etdirdiklərini açıqlayıblar.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, bu əsaslı layihə insan beyninin funksiyalarını təqlid edən çipdən istifadə edərək robotu idarə etməyi mümkün etdi və dünyada bir ilk oldu.
Çindəki bu innovativ layihə beyin-kompüter interfeyslərinə (BCI) vəsüni intellekt(AI) texnologiyalarının birləşməsi ilə hazırlanmışdır.
Layihədə laboratoriyada yetişdirilən insan beyni hüceyrələri xüsusi hazırlanmış çipdə yetişdirilib və bu hüceyrələrə robotun hərəkətlərini idarə etmək üçün öyrədilib.