Son 30 ilin ən yaxşı rejissorları arasına adını yazdıran və bir çox kult filmlər çəkən dünya şöhrətli danimarkalı rejissor Lars von Trier internetdə “Sevgili axtarıram” elanı edib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, məşhur rejissor İnstaqramda yerləşdirdiyi videoda həm sevgili, həm də ilham perisi axtardığını açıqlayıb.
“Mənim 67 yaşım var. Məndə Parkinson, obsesif-kompulsif pozğunluq var və hazırda nəzarət altında olan alkoqolizmdən əziyyət çəkirəm. Bir sözlə, arxamda layiqli filmlər buraxmağa ümid edirəm. Bütün sızıltılara baxmayaraq, iddia edirəm ki, yaxşı bir ömür-gün yoldaşı, doğru tərəfdaşla xoş bir münasibət qura bilərəm.”
Məşhur rejissor videosunun sonunda onunla əlaqə saxlamaq istəyənlər üçün e-mail ünvanını da yazıb.