Dünyaca məşhur fast-food şəbəkəsinin hamburgerlərində E.coli bakteriyası aşkar edilib. Epidemiyadan 1 nəfər ölüb, 49 nəfər zəhərlənib.
Tribunainfo.az Sondakika-ya istinadən bildirir ki, şirkətin səhmləri 6 faiz ucuzlaşıb.
Prezident Erlinger, məhsulu menyudan çıxardıqlarını və bunun restoranlar üçün təhlükəsiz olduğunu açıqladı. Hamburger yedikdən sonra ishal, qızdırma və qusma şikayətləri olanları həkimə müraciət etmələrini xahiş edib.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) verdiyi açıqlamaya görə, zəhərlənənlərdən 10-u xəstəxanaya yerləşdirilib. Bildirilib ki, hallar 10 ştata yayılıb, əksəriyyəti Kolorado və Nebraskada müşahidə olunub.
Şirkət verdiyi açıqlamada Quarter Pounder-ı menyudan çıxardıqlarını və müştərilərin restoranlara təhlükəsiz gələ biləcəyini söylədi. Şirkət, həmçinin bir çox ştatlarda göy soğan və dörddə bir kiloluq ət köftələrinin istifadəsini dayandırıb.
Dəniz Pənahova