Dünyaca məşhur fenomen saxlanıldıbackend

Dünyaca məşhur fenomen saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyalı 20 yaşlı sosial media fenomeni Hasbulla Maqomedov yol hərəkəti qaydalarına məhəl qoymayaraq dostları ilə nümayiş keçirdiyi üçün polis tərəfindən saxlanılıb.

Tribunainfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bir qrup dostunun toyunda iştirak edən Həsbulla küçədə öz nəqliyyat vasitələri ilə digər sürücülərin həyatını təhlükəyə atan şəkildə nümayiş etdirməyə başlayıb.

Şikayət əsasında o, dostları ilə birlikdə polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi Həsbulla və dostlarının küçədə avtomobillə keçirdikləri təhlükəli anların görüntülərini paylaşıb.
Görüntülərdə Həsbullanın sükan arxasında olmadığı və avtomobilin içərisində olduğu görünür.
Həsbulla və dostları daha sonra sərbəst buraxılıb.
Onlara verilən cəza ilə bağlı heç bir izahat verilməyib.