Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkədə donuzlarda aşkar edilən A(H1N2)v tipli qrip virusunun ilk dəfə bir insanda görüldüyünü bildirib.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, UKHSA-nın açıqlamasında bildirilir ki, ailə həkimləri ilə birgə həyata keçirilən rutin milli qrip müayinəsi zamanı tənəffüs əlamətləri olan bir şəxsdə A(H1N2)v virusu aşkar edilib.
Açıqlamada daha sonra UKHSA tərəfindən xəstəyə PCR testinin edildiyi və sözügedən xəstənin sağaldığı ifadə edildi.
Açıqlamada infeksiyanın mənbəyini müəyyən etmək üçün araşdırmaların davam etdiyi və xəstə ilə təmasda olan insanların nəzarətdə saxlandığı qeyd edilib və tənəffüs yoluxucu simptomlar göstərən şəxslərlə təmasda olan şəxslərin müayinədən keçmələri tövsiyə edilib.
Əldə edilən ilk məlumata görə, İngiltərədə görülən A(H1N2)v dünyadakı digər A(H1N2)v viruslarından da fərqlidir. .Fərqli olduğu ifadəsində bunun İngiltərədə donuzlarda rast gəlinən qripə bənzədiyi bildirilib.
Açıqlamaya görə, A(H1N2)v 2005-ci ildən bu yana dünya üzrə ümumilikdə 50 nəfərdə müşahidə edilib.
UKHSA rəsmisi Meera Chand, virusun İngiltərədə ilk dəfə insanlarda görüldüyünü təkrarladı və dedi: “Yaxın təmasları izləmək və mümkün yayılmasını azaltmaq üçün sürətlə işləyirik. Müəyyən edilmiş protokollara uyğun olaraq, şəxsin infeksiyaya necə yoluxmasının müəyyən edilməsi və digər əlaqəli halların olub-olmamasının qiymətləndirilməsi istiqamətində araşdırmalar davam etdirilir.”
Baytar həkim Christine Middlemiss heyvanlardan insanlara keçən viruslara diqqət çəkərək, “Buna görə də heyvanların sağlamlığı standartları və bioloji təhlükəsizlik çox vacibdir. Middlemiss təsərrüfat sahiblərini və operatorları donuz sürülərində baş verə biləcək xəstəliklərlə bağlı sağlamlıq qurumları ilə əlaqə saxlamağı xəbərdar etdi.