Dünya ulduzu “Qarabağ”a qarşı oynamayacaq

Dünya ulduzu “Qarabağ”a qarşı oynamayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Napoli”nin futbolçusu Romelu Lukaku Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı oynaya bilməyəcək.

Tribunainfo.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı hücumçunun zədəli olmasıdır.

Zədəyə görə, onun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib. İtaliya çempionu əvəzində “Mançester Yunayted”dən aldığı Rasmus Heylunnu sifarişç edib. Bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay oynaya bilməyəcək.

Qeyd edək ki, “Qarabağ” “Napoli” ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.

Onu da qeyd edək ki, Lukaku karyerası ərzində “Çelsi”, “Mançester Yunayted”, “İnter”, “Roma” və başqa böyük klublarda çıxış edib. “Napoli” ötən il onu 30 milyon avroya transfer edib. 2024/25 mövsümündə 38 rəsmi oyuna çıxan futbolçu 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 22 milyon avro dəyərləndilirən 32 yaşlı futbolçunun qiyməti 2018-ci ildə 100 milyon avro olub.