Türkiyə daimi atəşkəsin vacibliyini vurğulayaraq, münaqişəyə son qoymağın yeganə yolunun iki dövlətli həll yolu olduğunu bildirir. Qərb də bu nöqtəyə gəlib.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden iki dövləti vurğuladı. Bayden: “İki dövlətli həll həm İsrail, həm də Fələstin xalqının uzunmüddətli təhlükəsizliyini təmin etməyin yeganə yoludu”.
BMT-nin baş katibi Antonio Quterreş Tam humanitar atəşkəs”lə nəticələnən dialoqun davam etdirilməsini vurğuladı.
Aİ-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell, “Müqavilə uzadılmalıdır. siyasi həllin davamlı olması üçün səylər göstərilməlidir”, – deyib.
NATO-nun baş katibi Yens Stoltenberq humanitar fasilənin uzadılmasına çağırıb.