Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən 8,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Tribunainfo.az “Cumhuriyyet”ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin cəmi 19 kilometr dərinlikdə baş verdiyini bildirib.
Zəlzələnin episentrinə ən yaxın yaşayış məntəqəsi olan Petropavlovsk-Kamçatskidə 13 metr hündürlüyündə sunami dalğaları müşahidə edilib. ABŞ-ın Qərb Sahili, Çin, Yaponiya, Havay, Alyaska və Rusiyada sunami xəbərdarlığı edilib və təxliyələrə başlanılıb. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Aralıq dənizi Seysmoloji Mərkəzi sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Dəniz Pənahova