Alimlər Marsın sərt şəraitində yaşaya bilən səhra mamırı aşkar ediblər.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, bu kəşf Marsda davamlı həyatın qurulması, gələcək səylər üçün böyük addım hesab olunur.
Temperaturun -153 dərəcəyə qədər düşə bildiyi Marsda insanların yaşaması üçün uyğun şərait olduğunu söyləmək olmaz. Onun nazik atmosferi Günəşdən gələn istiliyi saxlaya bilməz və planeti ultrabənövşəyi şüalardan qoruya bilməz.
Araşdırmakomanda quraq və sərt iqlimlərə dözə bilən bu xüsusi mamır növünü Yer kürəsinin ən sərt səhra mühitlərində kəşf edib. Alimlər bu yosunların Marsın soyuq, quru və az oksigen atmosferində belə yaşamaq qabiliyyətinə malik olduğunu bildiriblər.
Araşdırma qrupunun rəhbəri Dr. “Bu tip yosunlar Marsın səthində mövcud ola biləcək bioloji həyatın gözəl nümunəsidir. Bu, Marsda həyatın yaradılması üzrə işimizə perspektivli başlanğıc təklif edir”, – Sara Conson bildirib.